"Rabitəbank"da nə baş verir? - Maraqlı iddia yayıldı
03-10-2023 [11:28]
“Rabitəbank”ın marketinq departamentində işçilərin kütləvi şəkildə iş yerlərindən ayrıldığı bildirilir.
Poliqon xəbər verir ki, “Rabitəbank”ın sosial şəbəkə seqmentlərində may ayında təntənəli şəkildə banka yeni PR ekspert olaraq məşhur “Manpasi” radio şousunun aparıcısı və prodüseri olan Səmra Əsgərzadənin gətərildiyi elan olunmuşdu. Lakin aldığımız son məlumatlara əsasən, ötən günlərdə sözügedən radio aparıcısı qalmaqallı şəkildə bankdan ayrılıb.
Əldə etdiyimiz məlumatlara əsasən, ekspert və rəhbərlik arasında yaşanan ciddi münaqişələr sadəcə, Səmra Əsgərzadə ilə kifayətlənməyib, digər əməkdaşların da iş proseduruna zərər vurub və nəticədə bankın marketinq departamentində işçilərin kütləvi şəkildə iş yerindən ayrılması və bankın rəhbərliyi ilə mübahisələrin yaşandığı bildirilir.
İddialara görə, işçilər İTV radiosunda prodüser və aparıcı olaraq çalışan Səmra xanıma xüsusi imtiyazlar göstərilməsinə qarşı irad bildiriblər. Səbəb isə bankda çalışdığı müddət ərzində Səmra Əsgərzadənin radioda olan fəaliyyətini davam etməsi, bununla bağlı rəhbərliyin işçiyə xüsusi şərait yaratması və sözügedən imtiyazların verilməsi ilı bank rəhbərliyinin əmək məcəlləsinin imperativ normalarını pozması və işçilər arasında ayrı-seçkilik edilməsinə şərait yaratması olub. Maraqlıdır ki, xüsusi imtiyazlar tanınan Səmra xanım daha sonra rəhbətliyin qərarı ilə işdən çıxarılıb.
Eyni zamanda, etibarlı mənbələrə əsasən Səmra Əsgərzadə ilə eyni anda dörd əməkdaş da ərizə yazaraq, işdən ayrılıblar. Bankın rəsmi saytında departament rəhbərləri ilə bağlı məlumat yer almasa da, paylaşılan videoda departamentin başında Orxan Salayev adlı şəxsin olduğu bilinir.
Xatırladaq ki, Səmra Əsgərzadə daha əvvəl Yelo Bankın marketinq departamentinin əməkdaşı olub.
Kütləvi işçi axını və təntənəli şəkildə radio aparıcısının banka gətirilən aparıcının daha sonra işdən çıxarılması isə əksəriyyət bank işçiləri üçün müəmma olaraq qalıb. Hadisəni araşdırmaq üçün sosial şəbəkələr üzərindən əlaqə qurmağa çalışdığımız əməkdaşlar isə bankdan ayrıldıqlarını və bu mövzulr haqqında ümumiyyətlə danışmaq istəmədiklərini bildiriblər. Qeyd edək ki, işdən ayrılması ilə bağlı sosial şəbəkə üzərindən Səmra Əsgərzadənun mövqeyini öyrənməyə çalışsaq da, o, sualımızı cavablandırmayıb.
Məsələ ilə bağlı “Rabitəbank”a sorğu yollasaq da, sorğumuza da cavab verilməyib.
Bütün halalrda bu məlumatda adı keçən şəxslərin və “Rabitəbank”ın mövqeyini dərc etməyə hazırıq.
Poliqon.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi