Zahid Oruc: "Reinteqrasiya yalnız ermənilərə deyil, azərbaycanlı və digər millətlərdən olan bütün köçkünlərə aiddir"
02-10-2023 [16:44]
Zahid ORUC,
Milli Məclisin Komitə sədri,
Sosial Tədqiqatlar Mərkəzinin sədri
***
20 sentyabrdan sonra yerli ermənilərin reinteqrasiyası məsələsi dövlətimizin gündəliyində ön yerinə çıxıb. Xankəndində hansı sayda ermənin qalması, gedənlərin hansı şərtlər altında qayıda biləcəyi dövlətin qərarı ilə müəyyənləşəcək.
Lakin bu mürəkkəb məsələdir. Çünki təkcə son 30 ildə Azərbaycanın Konstitusiya məkanından uzaq düşən sakinlər deyil, 700 mindən artıq keçmiş məcburi köçkünlərin də hüquqi vəziyyətinin necə müəyyənləşəcəyi bir nömrəli məsələdir. Prezident İlham Əliyev Böyük Qayıdış proqramını qəbul edib. İşğaldan azad olunan ərazilərdə dayanıqlı məskunlaşmanın aparılması, köçürülmənin sistemli təşkili və stimullaşdırılması üçün müvafiq hüquqi baza-“İşğaldan azad olunan ərazilərə Qayıdış və reinteqrasiya haqqında” qanun layihəsi hazırlanıb və təqdim olunub.
Lakin indi reinteqrasiya deyərkən, 1991-ci ilədək Qarabağ vilayətinin ərazisində yaşayan ermənilər nəzərdə tutulur. Belə olanda, hüquqi qarışıqlıq yaranır. Reinteqrasiya yalnız ermənilərə aid məsələ deyil, etnik mahiyyət daşımır, azərbaycanlı və digər millətlərdən olan bütün köçkünlərə aiddir.
Digər mühüm sual, reinteqrasiyanın təsir dairəsinə, paytaxt və müxtəlif ərazilərdə keçmişdə yaşayan ermənilərin ehtimal olunan müraciətləridir. Tutaq ki, 1991-ci ildə Bakıda yaşayan bir erməni reinteqrasiya qanunu əldə əsas götürərək, müxtəlif mülki, sosial tələblər irəli sürsə, davranışlarımız necə olacaq? Əlbəttə, indi bir çoxları üçün bu nəzəri məsələ kimi görünür, lakin Milli Məclis dövlətimizin siyasi gündəliyi ilə birgə fəaliyyət göstərdiyi üçün belə hüquqi bazanın yaradılması çox vacibdir.
İkincisi, son 1 ildə Azərbaycana beynəlxalq təşkilatların ölkəmizə qarşı hücumları intensivləşib və ona görə də İnsan Hüquqları Komitəsi payız sessiyasında bizə beynəlxalq təzyiq kampaniyasında iştirak edən təşkilatların fəaliyyətinə qiymət verilməsinə dair bir neçə tədbiri daxil edib.
Nəhayət, sonuncu təklif beyin mərkəzləri haqqında qanunvericilik bazasının yaradılmasıdır. Tədqiqat əsaslı idarəçilik termini İlham Əliyevin 2019-cu ildən yeni hakimiyyət quruculuğu siyasətinin ana xəttini təşkil edir.Dünyada think-thanklar önəmli mövqeyə malikdir. Ona görə də ölkəmizdə beyin mərkəzlərinin fəaliyyətinin partiyalar, qeyri-hökümət təşkilatları və mediada olduğu kimi qanunvericilik əsasında, koordinasiya olunaraq, həyata keçirilməsinə ehtiyac var. Təmsil etdiyim Mərkəz belə bir sənədi təqdim etməyə hazırdır.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər