Qənirə Paşayeva bizim Burla xatunumuz idi...
30-09-2023 [09:57]
Atif İslam oğlu İslamzadə,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.
***
Ölmək bədbəxt olmaq deyil. Təbiidir ki əksinə olaraq da diri olmaq xoşbəxt olmaq demək deyil. Əgər belə olmasaydı, onda dünyanın çox böyük şəxsiyyətləri bədbəxt sayılardılar, çünki neçə əsr əvvəl yaşayıblar, aydındır ki, ölüdürlər.
Bizim gördüklərimiz isə ən mənasız adamlar olsa belə, xoşbəxt sayılardılar, ona görə ki, diridirlər. Əsl diri olmaq yaşamaq deyil, necə yaşamaqdır ki, diri qala biləsən. Yoxsa yaşayanda da ölü olursan. Sadəcə olaraq sən bunu bilmirsən. Çünki ölülər ölü olduğunu bilməz. Dirilər isə diri olduğunu bilər. Əsl dirilik gözəl əməllərdir. Çünki biz gedəri, əməllərimiz qalıcıdır.
Əslində, gözəl əməl deyil, bəd əməl də qalıcıdır. Əməl dəftərin bağlandıqdan sonra əməllərin bağlanmır, yeni əməllərin bağlanır. Nə əməl etmisənsə, ona qədərdir. Xeyirxahlıq və ya bədxahlıq sona qədərdir. Sonra gözəl əməl sahibinə rəhmət, pis əməl sahibinə lənət qalır. Zaman keçəndir, həyat bitəndir. Ömür bir miqdardır. Bu da taledir. Bu miqdarda diri qala bilməyi bacara bildinsə, demək ki, vaxtı qabaqlamısan. Sənə ölüm də son deyil. Ömründən sonra yaşanağa başlayırsan.
Qənirə xanım Paşayeva məhz vaxtı qabaqlayan şəxsiyyətlərdən idi. Diri qalmağı bacardı. Çünki vətəninə, millətinə böyük sevda ilə bağlandı. Özünə ölümündən sonra da xoşbəxtlik qazananlardan oldu.
Antropoloji cəhətdən insanın üz quruluşu əsasında onun mənşəyini müəyyən etmək olur.
Məhz Qənirə xanım Paşayeva da genetik baxımdan türk mənşəyini zahiri görkəmində gəzdirirdi. Bunu bilənlər bilir. Ancaq türk olmaq başqa, türk qalmaq isə bir başqadır. Türklüyü yalnız görkəmində deyil, əməlində daşımaq isə tamam başqadır. Qənirə xanım bu baxımdan hər zaman türk oldu və türk qaldı. O, bizim Burla xatunumuz idi. Bütün məliklərə meydan oxuyurdu və qələbə qazanırdı. Dünya ölkələrində Azərbaycan həqiqətlərini, Qarabağ yaralarını, erməni şovinizmini və rasizmini, Rusiya istilasını, erməni vəhşiliyini qələminə alıb kitablar formasında, dilinə gətirib mübahisə və müzakirə zəminində kor olmaq istəyənlərin gözlərinə sancırdı.
Bütün soyqırımları bütün dünyanın diqqətinə çatdırır, erməni havadarı olan ölkələrdə belə bəyan edirdi və bundan yorulmurdu. Nə yaxşı ki, canından artıq sevdiyi Qarabağın xilasını da görə bildi. Xankəndinə Azərbaycan dövlətinin bayraqları sancıldığı, dövləti qurumları daxil olduğu gün bu dünyaya gözlərini yumdu. Sanki onun vəzifəsi bu həyatda Türkiyə və Azərbaycan Birliyini görmək, Qarabağın mənfur düşmən işğalından azad olmasından ibarət idi.
Bütün həyatını sevdiyi millətinə həsr edib, dolu ömür yaşadı. Böyük Türk qızının dünyadan köçməsi yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ağır itkidir.
Uca Allahın rəhməti nəsibi olsun.
Amin.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər