Ağamirzə Əhədov zərərçəkən sahibkarlardan pul yığmağa başlayıb

img

02-06-2014 [22:34]


"Karvan” T/M-nin yanmasından uzun müddət keçsə də, problemlər hələdə öz həllini tapa bilmir.

Belə ki, redaksiyamıza ticarət mərkəzində fəaliyyət göstərən şəxslər tərəfindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, bazar rəhbərliyi onlara vəd vermişdi ki, bir il müddətində zərərçəkən heç bir şəxsdən pul alınmayacaq. Lakin buna baxmayaraq, hadisədən bir il belə keçməmiş, zərərçəkən sahibkarlardan məcburən kirayə pulu yığılır.

Ən pisi isə bundan ibarətdir ki, bazar rəhbərliyinin kirayə pulu yığanları insanların başının üstünü kəsdirərək onlardan dərhal pulu ödəmələrini istəyirlər. Pul verilmədiyi halda, işıqlarını kəsib, özlərinin işlərinə isə kobudcasına müdaxilə olunur.

Onlar bildirirlər ki, bazarın yanmış hissələri tam hazır olmasada, sahikarlardan çox pul alırlar. Həmin qiymətləri diqqətinizə çatdırırıq:

Dərzilərdən 200 manat

Piştaxtalardan 100 manat

Zirzəmidəki sahibkarlardan isə 400 manat

Qeyd edək ki, Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov müsahibələrinin birində zərəçəkmişlərdən onların özlərinə gəlincəyə qədər kirayə pulları alınmayacaq ifadəsini işlətmişdir. Görünür ya sahibkarlar özünə gəlib, yaxud da bazar sahibi sözünə əməl etməyib.

xeberlent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA