02-06-2014 [00:20]
"Yeni Müsavat" qəzetinin Stokholmda səfərdə olan baş redaktoru Rauf Arifoğlu bu ölkədə mühacir həyatı yaşayan azərbaycanlılarla görüşüb. Rauf bəyin İsveçdə görüşdüyü soydaşlarımızdan biri də jurnalist Rahib Kazımlıdır. Bu adın üzərində xüsusi dayanmağım səbəbsiz deyil. Təxminən 14-15 il əvvəl Rahib Ka-zımlı ilə eyni redaksiyada çalışdığım üçün onu yaxşı tanıyıram.
Həmin vaxt biz tanınmış jurnalist Xalid Kazımlının baş redaktoru olduğu "Reytinq" qəzetində işləyirdik. Qəzet həftədə iki dəfə işıq üzü görsə də, istirahət günlərində də redaksiyaya gedib-gəlirdik. Rahib bəy həm məqalə yazır, həm də qəzetin çap və satış işləri ilə məşğul olurdu. Yəni, bizdən fərqli olaraq, o, gecələr də işləyirdi. Gecə-gündüz çalışmağına baxmayaraq, aldığı məvacib ailəsini dolandırmağa güclə çatırdı. Yaşca hamımızdan böyük olduğu üçün biz bu zəhmətkeş insana "əmi" deyə müraciət edirdik. Rahib əmi sağlam, qüvvətli adam olduğu üçün əlimizi bir az möhkəm sıxanda "uf" deməkdən özümüzü güclə saxlayırdıq. Bir müddət sonra öyrəndik ki, rayonları işğal olunmamışdan əvvəl o, Füzulidə məsul vəzifədə çalışıb. Amma bu necə vəzifə idisə hər dəfə görüşəndə əlinin qabarı əlimizi dalayırdı.
Rahib Kazımlı 2003-cü ildən sonra daha da güclənən təzyiqlərə dözməyib, ölkəni tərk etdi. Bu, həmin vaxt idi ki, onun doğma yurd-yuvasından, isti ocağından didərgin düşməyindən 10 il keçirdi. Bakı ona qucaq açsa da, xoş gün nəsib etmədi. Bizim Rahib əmi gecə-gündüz çalışsa da, 10 il ərzində özünə kiçik bir daxma qaralaya bilmədi...
Əgər həmkarım Rauf Arifoğlu Stokholmda çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşmasaydı, bu gün Rahib Kazımlı haqda yazmayacaqdım. Rahib əmi Rauf Arifqoğlunu bir dəstə adamla Stokholmun ən mənzərəli küçələrinin birində yerləşən evinə qonaq çağırıb. Rahib Kazımlının Stokholmdakı evinin şəkil-lərini görəndə qəlbim qürur hissi ilə doldu, gözlərim yaşardı. Bu zəhmətkeş insana yaxşı ev-eşik, normal şərait qismət etdiyi üçün əllərimi göyə qaldırıb, Allah-Təalaya dua etdim.
Gəlin, bir anlığa təsəvvür edək ki, Rahib Kazımlı Azərbaycanı tərk etməyib və bu gün bizimlə eyni redak-siyada çalışır. Əcəba, o, aylıq maaşı ilə Bakıda özünə ev ala bilərdimi? Bu sualın cavabı hamımıza aydın olduğu üçün mövzunu qaldığımız yerdən davam etdirək. Bəs, necə olur ki, soydaşlarımız Rusiyada, uzaq Avropada özlərinə ev-eşik düzəldə, pul qazana bilirlər, amma Azərbaycanda bir toyuq hini də tikməyə müvəffəq olmurlar? Əgər bizim insanlar fərsiz və tənbəldirlərsə, niyə xaricdə baş çıxara, hətta yerli əhalidən də yaxşı yaşaya bilirlər? Vətənə bağlılığı ilə seçilən azərbaycanlıları qürbət ellərə üz tutmağa vadar edən səbəb nədir?
YAP-çı deputat Siyavuş Novruzov bu suallara cavab verməyincə, onu "sancmaqda" davam edəcəyəm...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib