“Bir qurşaq, bir yol”a qarşı Hindistan-Avropa dəhlizi...
11-09-2023 [15:06]
Şahin CƏFƏRLİ
***
Dünən G-20 toplantısı çərçivəsində vacib bir anlaşmaya dair rəsmi açıqlama verildi. ABŞ, Almaniya, Fransa, İtaliya, Avropa Birliyi, Hindistan (Bharat), Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yeni geoiqtisadi təşəbbüs barədə razılığa gəldiklərini elan etdilər. Bu dövlətlər arasında Hindistan - Orta Şərq – Avropa İqtisadi Dəhlizinin (İndia - Middle East - Europe Economic Corridor / İMEC) yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalandı.
Çin liderinin Hindistandakı G-20 zirvəsinə qatılmaması güman ki, bu məsələ ilə əlaqədar idi.
İMEС-nin 2 ayrı dəhlizdən ibarət olması nəzərdə tutulur: Hindistanı Fars Körfəzi ilə birləşdirəcək Şərq dəhlizi və Fars Körfəzini Avropa ilə birləşdirəcək Şimal dəhlizi. İdeya bundan ibarətdir ki, mövcud dəniz və avtomobil nəqliyyatı marşrutlarını tamamlayacaq transsərhəd gəmi-dəmir yolu tranzit şəbəkəsi yaradılsın, dəmir yolu marşrutu boyunca elektrik enerjisi və internet kabelləri, eləcə də təmiz hidrogen ixracı üçün borular çəkilsin.
İMEC ötən il G-7 liderlərinin qəbul etdiyi İnfrastruktura Qlobal İnvestisiyalar üzrə Tərəfdaşlıq (PGII) təşəbbüsünün bir hissəsi olaraq düşünülür. PGİİ ABŞ tərəfindən Çinin “Bir qurşaq, bir yol” qlobal təşəbbüsünə kontr-proyekt kimi planlaşdırılıb. Gördüyümüz kimi, yeni dəhlizdə mərkəzi rol Çinin regional rəqibi və başqa bir qədim sivilizasiya olan Hindistana ayrılır. Əgər reallaşarsa, İMEC çərçivəsində Hindistanın Pakistan və İrandan yan keçməklə Orta Şərq və Avropaya çıxışı təmin olunacaq.
İMEC layihəsi mənə qədimlərdə mövcud olmuş və Hindistandan Avropaya uzanan “Ədviyyat yolu”nu xatırlatdı. Coşğun inkişaf erası arxada qalmış və getdikcə ciddi problemlərlə üzləşməkdə olan Çinin “İpək yolu”na paralel və ona rəqib kimi Hindistanın “Ədviyyat yolu” dirçəldilir, “Səma İmperiyası”na qarşı Bharat Cümhuriyyətinin qlobal geosiyasətdə və geoiqtisadiyyatda rolu yüksəldilir. ABŞ liderliyindəki Qərb öz növbəsində, polisentrik düzənin xaotik formalaşma dönəmi kimi qiymətləndirə biləcəyimiz hazırkı mərhələdə “Qlobal Cənub”un vacib komponentləri ilə tərəfdaşlığını və qarşılıqlı bağlılığını dərinləşdirməklə onun gələcəkdə Qərbə rəqib və alternativ qütb kimi ortaya çıxması perspektivini (bu cür perspektiv varsa) indidən əngəlləməyə çalışır. Belə bir alternativ qütbün yaranması üçün çox canfəşanlıq edən Rusiyanın hazırda qalibiyyətli çıxış ehtimalı olmayan bir keşməkeşin içində çabaladığını və ucuz xammal bazarı qismində tərəfdaşların iştahını qabartması xaricində əsla bir cazibə mərkəzi ola bilməyəcəyini xatırlatmaq da yerinə düşər. Bu baxımdan BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumların zaman-zaman Avropa Birliyi, NATO kimi inteqrativ birliklərə alternativ güc mərkəzi kimi təqdim olunmaları ciddiyyətdən və gerçəklərdən uzaqdır. Ən azı Çin və Hindistan arasındakı fundamental problemlər çözülmədən (bu isə qeyri-mümkün görünür) adı çəkilən qurumların blok məntiqi ilə inkişaf yoluna daxil olması imkansızdır.
Onu da qeyd etmək lazımdır ki, Hindistan - Orta Şərq – Avropa İqtisadi Dəhlizi hələlik ideyadır və praktik müstəviyə proyeksiyası necə və neçə müddətə gerçəkləşəcək, maliyyələşmə mənbələri və mexanizmləri hansı şəkildə qurulacaq, bunlar məlum deyil. Aydın olan budur ki, layihə uzunmüddətli dövrə hesablanıb. İki ay ərzində adı çəkilən ölkələrin ekspert səviyyəsində təmsilçiləri toplaşıb, fəaliyyət planı hazırlamalıdır. Bu plan ortaya çıxdıqdan sonra daha konkret fikirlər söyləmək mümkündür.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər