Koreyanı kim durduracaq?
06-09-2023 [08:51]
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzi
***
Cənubi Koreya qonşusu Şimali Koreyanın raket sınaqlarının sonunun yaxşı olmayacağı qənaətindədir. Cənubi Koreyanın prezidenti Yun Sok Yol açıq bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər. Həyəcan üçün ciddi əsas var.
Şimali Koreya sentyabrın 2-də Sarı dəniz iqtiqamətində bir neçə qanadlı raket atıb. Şimali Koreyanın diktator lideri Kim Çen İn isə bir neçə gün əvvəl hərbi sursat fabrikinə baxış keçirib. Şimali Koreya nüvə proqramı ilə yanaşı hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır. Bundan başqa Şimali Koreyada hədəflərin məhv edilməsi imitasiyası ilə taktiki nüvə silahlarına zərbələr endirmək üzrə təlimlər keçirilib.
Bu vəziyyətdə Cənubi Koreyanın ABŞ və Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. 3 ölkənin lideri ildə ən azı bir dəfə ortaq toplantı keçirməyi qərara alıblar. Liderlərin sonuncu görüşü avqust ayında ABŞ prezidentinin Kemp-Deviddəki rezidensiyasında keçirilib. Maraqlıdır ki, 2015-ci ildən bu yana Kemp-Deviddə qonaqların iştirakı ilə görüşlər keçirilməyib. ABŞ prezidenti Co Bayden Cənubi Koreyanın prezidenti Yun Sok Yol və Yaponiyanın baş naziri Fumio Kisida ilə iki mövzunu müzakirə edib: Şimali Koreyanın hədələri və Çinin durdurulması.
Vaşinqton bununla 3 dövlətdən ibarət yeni koalisiya yaradıb. Bu format Vaşinqton üçün həm də ona görə vacibdir ki, Cənubi Koreya ilə Yaponiya arasında da zaman-zaman fikir ixtilafları yaranır. Bu Amerikanın təhlükəsizlik maraqlarına ziddir. Cənubi Koreya və Yaponiya tarixi mövzularda fərqli yanaşmalar ortaya qoyurlar. Vaşinqtonun məqsədi bu iki ölkəni tarixi mövzulardakı ixtilafdan yayındıraraq diqqəti hazırki qlobal problemlərə yönətlməkdir. Vaşinqton Seulu və Tokionu inandırmağa çalışır ki, üçlük Şimali Koreya və Çinin təhlükəli siyasətlərini durdurmaq üçün aralarındakı ittifaqı gücləndirməlidirlər.
Vaşinqton Çinin bölgədə artan gücündən də narahatdır. Buna baxmayaraq, Vaşinqtonla Pekin arasında dialoq mövcuddur. Doğrudur, bu dialoq problemləri həll etməsə də, tərəflər fikir mübadiləsindən imtina etməyiblər. Vaşinqtonun Şimali Koreya ilə isə dialoqu yoxdur. ABŞ prezidenti Co Bayden Şimali Koreya diktatoruna görüş təklifi versə də, qarşı tərəfdən müsbət cavab almayıb. Şimali Koreya diktatoru Vaşinqtonla dialoq əvəzinə Moskva və Pekinlə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Şimali Koreya diktatoru Rusiyaya səfər etməyi planlaşdırıb. Moskva və Pekin Şimali Koreyanın Vaşinqtonla dialoqunda maraqlı deyillər. Moskva və Pekin Şimali Koreyanın nüvə sınaqlarını davam edirməsini istəyirlər ki, Vaşinqton enerjisinin tamamını Rusiya və Çinlə mübarizəyə həsr edə bilməsin.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər