"Əcaba, nəyin savaşını verərək bezdiniz?" - Fazil Mustafa yazır
04-09-2023 [00:07]
Fazil Mustafa
***
Mən indiyədək hörmətli xalq yazıçısı Çingiz Abdullayevin heç bir əsərini oxumamışam. Kitabxanamda da bircə əsəri belə yer almır. Yəni yazıçı kimi mənim menyumda yoxdur.
Hansı kitabı oxumaq lazım gəldiyi barədə xüsusi intuisiyam var və buna hələ də güvənməkdəyəm. Ancaq qeyd etməliyəm ki, hörmətli Çingiz Abdullayevi oxuyanlara, sevənlərə, izləyənlərə, nəşrlərinin, tərcümə olunan kitablarının sayı üzərindən qürur duyanlara da yanaşmam normaldır. Necə deyərlər, zövq məsələsi. Onun danışıq dili ilə bağlı lağlağılara da münasibətim mənfidir. Azərbaycan dilində səlis danışan o qədər susmalı adam olduğu halda belə köntöy danışığın iqtisadi, sosial, siyasi bir zərəri olduğunu düşünmürəm. Mənəvi zərəri hesablana bilərdi bəlkə də, ancaq hər işdə əsas aldığımız meyar əməldirsə, insanın bu qüsurunu da belə qabartmağına dəyməz.
Çingiz Abdullayev öz makulaturası ilə dünyada və Azərbaycanda çoxlarının qəlbini fəth edə bilər, ancaq mənim qəlbim bu mövzuda öz muxtariyyətini qoruyursa, öz qəlbimin səsi ilə davranmağım da anlayışla qarşılanmalıdır. İnsaf naminə qeyd edim ki, Çingiz müəllim erudisiyalı, ədəbi, hüquqi və siyasi bilgiləri olan adamdır, müsahibələrində maraqlı fikirlər var və çıxışları da bəyəndiyim koloritdədir. Rusiya auditoriyasında da Azərbaycanı müdafiə edən çıxışlarını yüksək qiymətləndirirəm. Məşhurluğuna da çox müsbət yanaşıram. Ölkənin şişirdilmiş olsun, haqqına olsun, brend adamlarının olması bəzi kritik şərtlərdə çox vacib amilə çevrilir. Yəni ən azı ölkədən kənarda onun söylədiklərinə daha çox diqqət kəsiləcəkdir. Titul, məşhurluq və sa. amillərə görə.
Mətnin ikinci hissəsinə buradan keçid edirəm. "Artıq bezmişəm, ölkədən çıxıb getməyə hazırlaşmaq lazım!" Təqribən belə bir ifadə səsləndirdi və birdən-birə "Getmə, amandır!" naləsi bir çox tanınmış imzalar tərəfindən dövrəyə soxuldu. Aydın olmayan bir sual var, bunu mütləq cavablandırıb, sonra getmək barədə düşünmək doğru olmazmı? Əcaba, nəyin savaşını verib bezikdiniz? Hansı ədəbi cərəyanın aydınlanma davasında öncülü olaraq düşüncələrinizi ortaya qoydunuz? Hansı əsərinizdə cəmiyyətin yanlış dəyərlərinə qarşı savaş açdınız?
Qarabağda qələbəmizə ermənilər qədər məyus olan və daxildən, xaricdən hər cür tərbiyəsizliyə yol verən müxalifətçi, bitərəf kimliklərə hansı qınağınız səsləndirildi? Mədəniyyət və ədəbiyyat sferasında fundamental mövzularda hansı yanlış siyasətə etirazınız ortaya qoyuldu? Onlarla belə sualları sıralamaq mümkündür. Dili, zadı bəhanə etməyin, məmləkətə, millətə səmimiyyətsizliyinizi, sevgisizliyinizi bəhanə edin! Danabaşların, qaragüruhun, cahil sürüsünün söyüşünə, təhqirinə, böhtanına, gülləsinə bu məmləkətdə hədəf olan bizlər heç vaxt küsməyi düşünmədik, bezmədik, getməyə hazırlaşmadıq. Çünki bu gün hamımızın qoyub getdiyi bu ölkə sabahın Əfqanıstanı, İranı və Allah bilir hansı cəhalətpərvərlərin bostanı olacaqdır.
Mən bütün səmimiyyətimlə hörmətli Çingiz müəllimin getməyini istəmirəm. Əksinə, Azərbaycana, onun problemlərinə, onun ağrılı-acılı məqamlarının üzərinə gəlməyini istəyirəm.
Çingiz Aytmatovu və Çingiz Hüseynovu təkrar oxumağa başlayıram. Necə olsa, həmişə bizimlə qalacaq Çingizlərdir...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər