Qafqaz əsiri
30-08-2023 [09:47]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Cənubi Qafqaza köçürüldükləri dövrdən satqınlıqla məşğul olub özlərinə qahmar toplayan ermənilərin bu dəfə düşdükləri vəziyyət tam bir komediya senarisi olmaqla 55 il bundan əvvəl çəkilmiş və SSRİ kino sənayesində gəlirinə görə 4-cü yeri tutmuş məşhur “Qafqaz əsiri”nin süjetlərini xatırladır.
Öz bacısı qızı gözəl Ninanı 20 qoyun və bir sovet soyuducusu əvəzində komxoz sədrinə satan alçaq erməninin, filmin sonunda arxasından duz gülləsi yeyib məhkəmədə stula otura bilməyən həmin komxoz sədrinin, onların başına min oyunlar gətirən Şuriklə məşhur üçlüyün və hətta Şurikin mindiyi tərs heyvanın prototipləri bu gün Xankəndindəkı və buradan min kilometrlə uzaqdakı mənfur siyasətçilərin birəbir eynisidirlər.
Əlbəttə, komediya janrında çəkdiyi qısametrajlı filmlərlə 1970-lərdən bəri hamının yaxşı tanıdığı və o dövrün reallıqlarını çox gözəl ştrixlərlə açmağı bacaran görkəmli kinorejissor Leonid Qayday yarım əsr keçəndən sonra onun prototipinin Makron olacağını heç ağlına gətirməzdi. O dövrdə Fransanın başı Afrikadakı əlindən çıxan sümürgələrinə qarışdığından bu, yəqin ki, onun diqqətini cəlb edə bilməzdi. Elə indi də Parisdə oturub uzaq Cənubi Qafqazda film senarisi yazmağa çalışan Ninanın dayıları bu bədbəxt ermənilərin əldən çıxmaması üçün onların başına torba keçirib, qabaqlarına arpa tökməklə sanki özlərinə beş-on minlik seçki elektoratı toplamaq istəyindədirlər. Amma müsyo Makron yaxşı senarist olsa da bu filmin hələ Aqanbekyanın “Humanite” qəzetinə verdiyi o mənfur araqarışdıran müsahibəsindən başladığını, uzun illər boyu planlaşıdırılsa da 2020-ci ilin 10 noyabrında sona çatdığını unutmamalıdır.
Ermənilər Qafqaza köçürülmə millətdirlər və hər bir köçəri tayfanın da özünəməxsus xüsusiyyətləri vardır. “Erməni” demək, “tərslik” deməkdir. Elə “Qafqaz əsiri” filmində sərgüzəşt axtaran Şurikin mindiyi tərs heyvan da bu gün Arayikin rəngində olmasa da onun ahəngində olan bir personajdır. Kiminsə dalınca düşüb itaətkarcasına yoluna davam edən bu zavallı heyvan filmin əvvəlindən sonuna qədər tamaşaçıları güldürməklə, özünə yem qazanmağı da bir növ yaxşı bacarır.
Qafqaz üç yüz ildən artıqdır ki rusların işğalı altındadır. Sonuncu müvəqqəti rus “sülhməramlısı”nın Qarabağdan əli-ayağı çəkiləndən sonra İnşallah ki, müstəqil ölkəmiz rus əsgərinin Cənubi-Qafqazdan tamamən çəkiləcəyi ilk ölkə olacaq. “Qafqaz əsiri” filmində də bütün süjet boyunca adamları əyləndirib, amma əslində pul qarşılığında muzdlu xidmət göstərən “Qorxaq”, “Axmaq” və “Çoxbilmiş” tipləri isə bugün təkcə Qarabağda deyil, digər yerlərdəki separatistləri qucağına alıb tüfeyli, əyyaş davranış göstərən rus əsgərlərinin ta özüdürlər. Bu gün yeri gələndə bir-birinin təyyarəsini belə vuran rus əsgərləri Ukraynada məhv olmaqdansa Xankəndində gah Ninalarla əylənmək, gah rüşvət alıb iş düzəltmək, gah da düzələn işləri bərbad edib ara qarışdırmaqla “hərbi xidməti” yola verməyin yolunu tapıblar.
Filmin əsas personajlarından biri Ninanı qaçırıb müdirnə satan komxoz sədrinin sürücüsü olan erməni bu gün Laçın yolunda yaxalanan Xaçaturyan kimi erməni terrorçularının fotokopiyası kimi lentə alınıb. Öz bacısı qızını belə pula satan erməni ilə keçmiş qanlı əməllərinə görə öz qızının gözü qarşısında yaxalanan erməninin nə fərqi ola bilər ki?! Kim bilir, hələ neçə ermənini belə son gözləyir. Hər haldı kimsə indi bunu dəqiq bilməsə də Amerikadakı mənfur Kim onları hamıdan yaxış tanıyır.
Təkcə Xankəndində yox, Rusiyada da Vardanyanı tanımayan yoxdur. Çirkli pullarını yumaqla dünya maliyyə qurumlarının sanksiyalarına da tuş gəlmiş milyarder Rubik Xankəndindəki oğrulara sığınmaqla sanki pullarının hesabına adam olduğunu zənn edir. Onun da sonunun filmdəki komxoz sədri kimi fiasko ilə nəticələnəcəyini, pullarının batıb, özünün də məhkəmədə rüsvay olacağını indi özü hamıdan yaxşı bilir. Bu dəfəki filmin senarisini kim yazsa da, necə yazsa da, Qafqazın əsl sahiblərindən birinin, onun ən güclü dövlətinin Azərbaycan olduğunu unutmamalıdırlar. Ona görə də kubik daşları kimi tez-tez o yana, bu yana çevrilən Rubik nə etsə də, istəyir lap özünü öldürsə də gözəl Ninaya əli çatmayacaq.
O ki qaldı filmin baş qəhrəmanı Şurikə, bu gün Moskvadan Xankəndinə müvəqqəti təyin olunan generallar da sonunda anlayacaqlar ki, macəra üçün gəldikləri Cənubi Qafqaz çoxmillətli olsa da ruslarsız ən gözəl günlərini yaşaya bilən, hər kəsin öz boyuna görə addım atdığı bir torpaqdır. Qarabağ sizin üçün nə Abxaziya, nə Cənubu Osetiya, nə də Krımdır. Odur ki, siz də Şurik kimi şələ-şülənzi toplayıb sevimli heyvanınızı da minib gəldiyiniz kimi buradan gedin! Qafqazın əsiri olmayın!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər