29-05-2014 [00:36]
15 il davam edən və ortaq məxrəcin tapılması mümkünsüz görünən Rusiya ilə Çin arasında nəhəng qaz anlaşması ilə bağlı danışıqlar çox sürətlə yekunlaşdı. 15 il ərzində ortaq məxrəcə gələ bilməyən rəsmi Moskva ilə Pekinin indi kommersiya tələblərinin ödənməsinə görə anlaşdıqlarını düşünmək sadəlöhvlük olardı.
ABŞ ilə Avropa Birliyi arasında Azad Ticarət Zonasının yaradılması ilə bağlı bir il əvvəl başlayan danışıqlar da başa çatmaq üzrədir. Əgər bu günə kimi ABŞ ilə Avropa Birliyi arasında xüsusi önəmə malik olmayan məsələlər səbəbindən razılaşma mümkün deyildisə, indi bu razılaşmanın əleyhinə etiraz aksiyalarına belə icazə verilmir.
Rusiya ilə Çin arasında olduğu kimi, ABŞ ilə Avropa Birliyi arasında anlaşmanın əldə olunmasına tərəfləri vadar edən həlledici amil dünyanın iki cəbhəyə bölünməsidir. Bu iki anlaşma ilə dünyanın iki cəbhəyə bölünməsinin rəsmiləşmə prosesinin başlandığını söyləmək olar.
Əsrin sövdələşməsi
Rusiyanın qaz nəhəngi "Qazprom" QSC ilə Çinin Milli Neft Korporasiyası (CPNC) arasında mayın 21-də Şanxayda, hər iki dövlətin başçılarının iştirakı imzalanmış müqaviləni əsrin sövdələşməsi adlandırmaq olar. Müqavilənin ümumi dəyərinin 400 milyard olması da bunu təsdiqləyir.
30 illiyə bağlanmış və hər il Çinə 38 milyard kubmetr qaz satışını nəzərdə tutan müqavilənin anoloquna rast gəlmək mümkün deyil. Hətta "Qazprom"un hər il Avropaya 150 milyard kubmetrdən artıq qaz satmasına baxmayaraq, Çin korporasiyası ilə imzalanan müqavilən anoloqu Qərb şirkətləri ilə də imzalan-mayıb.
İkinci tərəfdən, Rusiyanın Qərb bazarlarında aparıcı mövqe əldə etməsi artıq bir reallıqdırsa, Çinlə imzalanmış müqavilə Rusiyanın Şərq bazarında da aparıcı mövqe qazanmasına səbəb olmalıdır.
Əlbəttə, dünyanın yenidən bölüşdürülməsi prosesinin başlanğıcı olan indiki mərhələdə rəsmi Pekinin siyasi və iqtisadi dəstəyini qazanmaq Rusiya üçün bütün məsələlərdən önəmlidir. Rusiyanı güzəştə getməyə və Çinin təkliflərini qəbul etməyə vadar edən əsas səbəb də budur. Əks tədqirdə 15 il davam edən və tərəflərin ortaq məxrəcə gələ bilmədiyi məsələnin bir neçə saatın içərisində həllini tapması mümkün deyildi. Moskva ilə Pekin arasında 400 milyardlıq qaz sövdələşməsinin imzalanmasını 15 il ərzində mümkünsüz edən, tərəflərin ortaq məxrəcə gələ bilməməsi idi. 15 il ərzində əldə edilməsi mümkün olmayan bir məsələnin bir neçə saat ərzində həllini tapması tərəflərdən birinin digərinə güzəştə getməsi ilə bağlı ola bilərdi.
Əldə olunmuş razılaşma ilə bağlı tərəflərin ətraflı məlumat verməməsi, xüsusiylə də qazın hər min kubmetrinə görə Çin tərəfinin nə qədər pul ödəcəyi açıqlanmır və bu da əlavə suallar yaradır. Ancaq iki məqam Rusiyanın qiymət məsələsində güzəştə getdiyini təsdiqəyir.
Birincisi, Çinə satılacaq qazın həcmi və müqavilənin ümumi dəyəri məlum olduğu üçün, Rusiyanın qazın hər min kubmetrini 350 dollara satmağa razılaşdığı qənaəti yaranıb.
İkincisi, Rusiya-Qərb münasibətlərinin ən isti dövründə Moskvanın şərtlərini qəbul etməyən Pekinin indi öz mövqeyindən geri çəkilməsi inandırıcı deyil. Pekin indi Moskvanın ona həmişəkindən daha çox eh-tiyacı olduğunu bilir və belə bir üstünlüyə malik olduğu halda, güzəştə getməsi məntiqli görünmür. Deməli, Rusiya qazın qiymətində güzəştə gedib və bu, əslində ticari deyil, siyasi anlaşmadır. Prezident Putin isə bununla həm Qərblə rəqabətdə əlavə güc qazanır, həm də Rusiya elitasının Qərb qarşısında tək-lənməklə bağlı narahatlıqlarını aradan qaldırır.
Bu müqavilənin sırf siyasi anlaşma olduğunu təsdiqləyən məqamlardan biri də odur ki, bu sövdələşmənin həyata keçməsi böyük sual altındadır. Çünki ən yaxşı halda Rusiya bu qazı 4 ildən sonra ixrac edə biləcək. Müqavilənin dünyada baş verəcək siyasi, iqtisadi və texnoloji proseslərin nəticəsi olaraq icra edilməmək ehtimalı daha böyükdür.
Ancaq bütün bunlar Moskvanın əsrin sövdələşməsini geniş təbliğ etməsinə mane olmur. Çünki Moskvaya lazım olan hələlik Çinlə anlaşmadan siyasi dividentlər qazanmaqdır. Məsələnin iqtisadi və ticari tərəfi hələlik rəsmi Moskvanı çox az düşündürür.
Qərbin cavabı gecikmir
Rusiya Çin ilə yaxınlaşdığını nümayiş etdirdiyi və Qərbə qarşı yeni blokun yarana biləcəyinə işarələr verdiyi bir vaxtda, Qərb də bir neçə sahədə fəal addımlar atır. Bunlardan ən önəmlisi ABŞ-la Avropa Birliyi arasında Azad Ticarət Zonasının yaradılması ilə bağlı danışıqların sürətləndirilməsi, bu anlaşmanın əldə edilməsinə mane olan ikinci dərəcəli məsələlərin üzərindən səssiz keçilməsidir. Bu anlaşmanın əldə olunması ilə dünya iqtisadiyyatının təxminən yarısını əhatə edən iki iqtisadi güc arasında iqtisadi bağlar daha güclənəcək. İqtisadçılar bu anlaşmanın hər il Avropa Birliyinə 120 milyard, ABŞ-a isə 90 milyard dollar gəlir gətirəcəyini proqnozlaşdırırlar.
Bu anlaşma ABŞ ilə Avropa Birliyinin iqtisadi bağlantılarını gücləndirməklə yanaşı, siyasi və hərbi birliklərini də yeni mərhələyə keçirəcək.
Rusiyanın Çinə yaxınlaşması, Ukraynanı öz təsir dairəsinə qaytarmağa çalışdığı bu günlərdə, ABŞ Avropa Birliyi ilə Azad Ticarət Zonası yaratmaqdan başqa daha bir cavab addımı atdı.
Pentaqondan yayılan məlumata görə, ABŞ hərbiçiləri "Aegis" Hava Hücumundan Müdafiə sistemlərinin yerüstü növünü sınaqdan uğurla çıxarıblar. Bu məlumatın önəmi yalnız ABŞ-ın yeni silah sistemini uğurla sınaqdan çıxarması ilə bağlı deyil. Məsələ ondadır ki, Vaşinqton Şərqi Avropaya məhz "Aegis" sistemlərini yerləşdirmək niyyətindədir.
Pentaqonun yaydığı məlumatda qeyd edilir ki, "Aegis" sistemləri Rusiyanın qitələrarası balastik raketlərini buraxılış anındaca müəyyən etməyə və zərərsizləşdirməyə qadirdir. Bununla da, Pentaqon Rusiyanın ən böyük üstünlüyü olan nüvə arsenalının tezliklə daha əvvəlki kimi qorxulu olmayacağı ilə bağlı müttəfqilərinə və bütün dünyaya mesaj verir.
ABŞ təkcə Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq və bu ölkənin iqtisadiyyatını sarsıtmaq üçün çoxsaylı planlar üzərində işləmir, həm də Çinin dünya hökmüranlığına can atması ilə barışmır.
Ekspertlər Çin ətrafında gərginliyin artmasını, bu dövlətin Yaponiya və Vyetnamla münasibətlərinin pisləşməsini rəsmi Pekinin dünya hökmüranlığına can atmasının nəticəsi sayırlar.
Amma Çini dünya liderliyinə aparan yol iqtisadi gücünün artmasıdır ki, bu da regionda sülhə və Çinin özündə stabilliyə bağlıdır. İndi bu iki amil şübhə altındadır. Çinlə yaxın qonşuları arasında münasibətlər gərginləşir və hərbi münaqişə ehtimalı da var.
Digər tərəfdən, Çində ardıcıl terror hadisləri baş verir ki, bu da stabilliyi şübhə altına alır. Son iki ayda bu ölkədə bir neçə iri terror hadisəsi baş verib. Bu isə Çinin iqtisadi inkişafının təməlində duran əsas məqamlardan birini - stabilliyi kölgə altına alıb.
Bu terror hadisələri və Pekinin ona sərt cavabı Çinin müsəlmanlar yaşayan bölgəsində çox ağır hadisələrin yaşanmasına səbəb ola bilər. Terror hadisələri ilə bağlı Pekinin müsəlmanlara qarşı sərt cəza tədbirləri həyata keçirməsi Çin ilə müsəlman dünyası arasında münasibətləri kəskinləşdirir. Hələ bir neçə ay bundan əvvəl Pekinin rəsmi Dəməşqi dəstəkləməsi səbəbindən bir neçə nüfuzlu İslam üləması fətva ilə çıxış edərək Çin mallarını haram buyurmuşdular.
Pekinin terror hadisələri ilə bağlı uyğurlara qarşı zorakılığı Çinə qarşı nifrəti daha da artıra bilər. Hətta yaxın günlərdə müsəlman ölkələrində çinlilərə qarşı Vyetnamda olduğu kimi, talanlar baş versə, bundan təəccüblənməyin. Çünki dünya iki yerə bölünür və ortada qalmaq mümkünsüzdür. Ortada qalanlar iki tərəfin təzyiqləri ilə üzləşməli olacaq ki, bu da daha acı sonluq vəd edir. Buna görə də, dünyanın yenidən Qərb və Şərq blokuna bölündüyü indiki günlərdə təfəsiz qalmaq, iki atəş arasında qalmağa bərabərdir.
Dünyanın iki yerə bölünməsi bir tərəfin qələbəsinə kimi davam edəcək. Tərəflərdən birinin qələbəsindən sonra ikinci soyuq savaş da bitəcək. Hələlik isə bəşəriyyət dünyanın iki cəbhəyə bölünməsinin əsas mərhələsindədir. Bu mərhələnin sonu dünyanın iki cəbhəyə bölünməsini qaçılmaz edəcək.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib