29-05-2014 [00:32]
Azərbaycan həqiqətən də unikal bir məmləkətdir. Hər gün orijinal bir hadisə baş verməsə, adam özünü pis hiss edir. Vərdiş pis şeydir. Hər gün nəsə gic bir hadisə baş verməyəndə, həyat maraqsız olur. Bu həftənin əsas mövzusu müəllimlərin andı oldu.
Deməli, "Müəllimlərin etik davranış qaydaları"nın təsdiq edilməsindən sonra bu peşənin sahibləri işə qəbul olunarkən Azərbaycan Respublikası Konstitusiyasına and içəcəklər. Gündəmə bomba kimi düşən bu xəbərə hərə bir cür reaksiya verdi. Düzünü desəm, yalnız bir təklif diqqətimi çəkdi. Biri demişdi ki, müəllimləri dədələrinin goruna and içdirmək lazımdır. Məncə, dədəsinin goruna and içənlər rüşvət almazlar. Amma bizimkilərə etibar yoxdur. Ona görə də daha müqəddəs bir and yeri tapmaq gərəkdir.
Müəllimlərin and içəcəyi gündəmə gələndən sonra reallığı yüzdə-yüz qiymətləndirən tapıldı. Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev andiçmə mərasiminin ancaq müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsindən sonra mümkün ola biləcəyini dedi: "Dövlət qulluqçusu müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə qulluğa qəbul edilərkən dövlətinə sadiq olacağına and içən vətəndaşdır. Müəllimlərin and içməyi o halda mümkündür ki, onlara bu status verilsin. Hesab edirəm ki, müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verildikdən sonra andiçmə mərasimi keçirilə bilər. İndiki halda bu, inandırıcı deyil. Tutalım, müəllim and içir ki, filan şeyləri etməyəcəm, siz inanırsız ki, etməyəcək? Müəllimin dövlət qulluqçusu statusu olsa, bu, onun maddi təmi-natından, nüfuzundan tutmuş, pensiya təminatına qədər bütün statusunu əhatə edər, müəllim də bilər ki, and içməyinin müəyyən məsuliyyəti var. Təminat olacaqsa, andiçmənin də faydası olacaq", - deyən Şəmsəddin müəllimi haqlı saymaq olaq. İllərdir ki, təhsil sahəsində saç ağardıb, müəllimlərin "dilini" yaxşı bilir. Ən azından İqtisad Universitetinin rektoru olduğu dövrdə rüşvətxorluğun kökünü kəsmiş adamdır. Neçə-neçə professoru məhz pul söhbətinə görə universitetdən didərgin salıb. Ona görə də Şəmsəddin müəllim kimin andına necə sadiq qalacağını yaxşı bilir.
Hörmətli millət vəkili haqlıdır. Azərbaycanda heç bir dövlət qulluqçusu bir manat rüşvət almayıb. Çünki onlar and içib, əhdi-peyman kəsiblər ki, harama əl uzatmasınlar. Ona görə də Şəmsəddin Hacıyev çox düzgün buyurur ki, müəllimlərin rüşvət almasının qarşısını elə-belə and içməklə almaq olmaz. Rüşvət elə bir bəladır ki, ondan yalnız dövlət qulluqçusu andı ilə qurtulmaq olar. Müəllimlər nazirlər, komitə sədrləri, icra başçıları, sosial müdafiə məmurları kimi rüşvət xəstəliyindən qurtulmaq üçün mütləq dövlət qulluqçusu olmalı, sonra and içməlidirlər. Bax, o zaman məsələ kökündən həll olunacaq.
İndi bircə müəllimlərin nəyə and içmələri qaldı. Zənnimcə, müəllimlər onları rüşvət bəlasından qurtar-mağın yolunu kəşf edən Şəmsəddin müəllimin üstünə "yemin" etməlidirlər. Andiçməni belə başlamaq olar: Uca Şəmsəddinin ruhu...
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib