Mirzə Xəlil və qızı Rübabə Muradova... - Bir ərizənin sirri
22-08-2023 [17:13]
Etibar Əbilov,
“Ədəbiyyat və incəsənət”
***
Şəkildəki unudulmaz muğam ifaçımız Rübabə xanım Muradovanı təbii ki, hər biriniz tanıdınız. Digər fotodakı şəxs isə Rübabə xanımın atası Mirzə Xəlildir.
Bildiyimiz kimi, Rübabə xanımın ailəsi İranda yaşayıb. O,1930-cu ildə Ərdəbil şəhərində anadan olub. Atası Mirzə Xəlil Tehranda dini, Xorasanda isə göz həkimliyi üzrə tibbi təhsil alıb.
Kecən əsrın 40-cı illərində Təbrizdə Pişəvərinin rəhbərliyi ilə Milli Azadlıq hərəkatı başlayanda Mirzə Xəlil də həmin hərəkata qöşulub və hətta fəallığına görə Azərbaycan Demokratık Firqəsinin Ərdəbil şəhər şöbəsinin sədr müavini olub.
Böyük ümidlərlə və arzularla yaradılmış Azərbaycan Demokratık firqəsi Stalinin xəyanəti nəticəsində məglubiyyətə uğrayır. Şah rejimi Təbrizi qan gölündə boğur. Şahın əmri ilə firqənin üzvlərinə amansız divan tutulur. Mirzə Xəlil də digər azərbaycanlı məsləkdaşları ilə Şimali Azərbaycana pənah gətir.
Mənim bu yazıda məqsədim Mirzə Xəlilin (və həm də Rübabə xanımın) Azərbaycandakı həyatında unudulmuş mühüm bir məqam haqqındadır. Rübabə xanım haqqında yazılanlarda və yaxud onun haqqındakı televiziya verilişlərində Rübabə xanımın ailəsinin əvvəl Sabirabadda, sonra Salyanda, 1957-ci ildən isə o vaxtkı Əlibayramlıda (indiki Şirvanda) yaşadığı qeyd edilir. Bunlar təbii ki, həqiqətdir. Amma digər bir həqiqət var ki, həmin həqiqət barədə heç kəs yazmır, demir.
Həqiqət isə ondan ibarətdir ki, Mirzə Xəlilin 7 nəfərlik ailəsi 1950 -illərin ortalarında Neftçalada yaşayıb.
Mirzə Xəlil Neftçalanın 26-lar adlanıan qəsəbəsində tibb məntəqəsində işləyib. Və elə həmin qəsəbədə də yaşayıb...
Amma İranı tərk edərkən həkimlik diplomunu özü ilə götürmədiyindən, yəni diplomu olmadığından, onu həkim olaraq işə götürməyiblər. Mirzə Xəlil də məcburən 26-lar qəsəbəsindəki tibb məntəqəsində az maaşla fəhlə kimi işləyib. Amma onun xahişini və çamaat arasındakı hörmətini nəzərə alıb, qeyri-rəsmi də olsa, ona göz xəstələrini müalicə etməyə, sarğı sarımağa icazə veriblər...
Atam İmamverdi Əbilov, təbii ki, Mirsə Xəlili tanıyırdı və haqqında həmişə böyük ehtiramla danışırdı. Mirzə Xəlil bizim tərəflərdə "Quran"ı mükəmməl bilən bəlkə də yeganə şəxs olub. Ağır təbətli olub, el-obanın xeyrində şərində yaxından iştirak etdiyi üçün hamı ona hörmət edib.
Atam danışırdı ki, onun böyük bir istəyi var idi. Həkim kimi hüququnun tanınması və həkim kimi fəaliyyət göstərmək, həkim kimi əmək haqqı almaq. Amma bütün əlaqədar, cavabdeh təşkilatlar Mirzənin diplomunun olmamasını əsas gətirib onun istəyini rədd ediblər...
Atam danışırdı ki, bir dəfə ondan diplomunu özü ilə İrandan niyə gətirmədiyini soruşdum.
Diplomuna görə çox əziyyətlər çəkmiş Mirzə Xəlil:
- Canım, orada (İranda) bizi adam yerinə qoymurdular, haqqımızı tapdayırdılar. Burda da (Sovet İttifaqı) bizə inanmırlar.... Cəlladın qaç-qovunda nə yada düşürdü ki, diplom da yada düşə? Məgər diplom vətəndən şirindir? Vətəni qoruya bilmədik, diplomu necə qoruyaydıq, ay sağ olmuşlar...
...Yenə də atamın xatirələrinə istinad edirəm: 1955-ci ilin martında Azərbaycanın o vaxtki Səhiyyə naziri Vəli Axundov (Sonralar Azərbaycan MK- nin birinci katibi) səhiyyə işciləri ilə görüş keçirmək üçün Neftçalaya gəlir. Təbii ki, iclasda yalnız səhiyyə işçiləri, həkimlər, tibb bacıları iştirak edib.
Mirzə Xəlil o vaxtlar Neftçalada rəhbər vəzifədə işləmiş atamdan problemlərini Vəli Axundova çatdırmağı xahiş edir. İclasdan sonra atam Mirzə Xəlili nazirlə görüşdürür.
Nazir Mirzə Xəlili dinləyib, ona bir ərizə yazmagı tapşırır. Mirzə Xəlil qonşu otaqda bir ərizə yazıb atama verir. Atam da ərizəni oxumadan Nazir Vəli Axundova təqdim edir.
Vəli Axundov ərizənin ilk cümləsini oxuyub:
- Siz bu ərizəni özünüz oxumusunuz?-deyə atamdan soruşur.
Atam: Xeyr.
Nazir isə sadəcə "Gərək oxuyaydınız" deyib ərzəni atama qaytarır.
Mirzə Xəlil tərəfindən yazılmış ərizənin birinci cümləsi belə idi (atam həmin ərizəni saxlayırdı):
- Dövləti Şurəvinin Azərbaycan Cumhuriyyəti Səhiyyə rəisi Vəli Axundov həzrətlərinə... (Atam deyirdi ki, belə tələsik hərəkət etdiyimə görə, ərizəni oxumadan nazirə təqdim etdiyimə görə özüm də pis olmuşdum).
Daxilən xeyirxah insan olan Vəli Axundov söhbəti böyütmür, sadəcə deyir ki, "ərizəni təzədən yazsın".
Atam yaxın dostu olan bir ədəbiyyat müəllimindən xahiş edir və həmin müəllimin köməyi ilə Mürzə Xəlil ərizəni təzədən yazır və həmin ərizə Vəli Axundova təqdim olunur...
Həmin ərizədən az sonra Mirzə Xəlil Əlibayramlıya köçür. Orada daimi məskən salır və Əlibayramlıda da vəfat edir. Məzarı da Əlibayramlı (indiki Şirvan) şəhərindədir.
Etiraf edim ki, Mirzə Xəlilin nazirə yazdığı ərizənin müqəddaratından da xəbərim yoxdur.
Ümumiyyətlə, çox bilmək istədiyim suallar olub ki, mən o sualları atama verməyi həmişə təxirə salardım. "Gələn dəfə soruşaram" deyib üstündən keçərdim. İnsan nə yaşda olursa olsun, ölümün qaşla göz arasında qərarlaşdığını bilsə də, bir vaxt valideynlərini itirəcək qaçılmaz həqiqət haqqında çox az fikirləşir. Bu mənada, atamdan, onun bildiyi bir çox hadisələri vaxtında özündən soruşmadığıma, o sualları sonraya saxladığıma görə indi də ağrılı təəssüf hissi keçirirəm.
...Nəhayət... Neftçalanın köhnə kişiləri yaxından tanıdıqları xeyirxah, nəcib insan, böyük, unudulmaz muğam ustadımız, xalq və bəstəkar mahnılaımızın əvəzsiz ifaçısı Rübabə Muradovanın atası Mirzə Xəlil haqqında həmişə böyük məhəbbətlə söhbət açırdılar. Amma təəssüf ki, indiki gənclərin (təkcə gənclərin yox) bir çoxunun böyük muğam ifaçısı Rübabə Muradobanın bir müddət Neftçalada yaşadığından sadəcə olaraq xəbərləri belə yoxdur.
Bütün həqiqətlər isə yazılmalı və deyilməlidir.
Allah Mirzə Xəlilə də, Rübabə xanım Muradovaya da qəni-qəni rəhmət eləsin.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər