Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub - Xidmət yarımillik hesabatını açıqladı
18-08-2023 [16:15]
Azercell, UNICEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin birgə əməkdaşlığı çərçivəsidə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ilin ilk 6 ayını əhatə edən hesabatını açıqlayıb.
Mia.az xəbər verir ki, müxtəlif çətinliklərlə üzləşən, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək vermək məqsədi daşıyan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə sözügedən dövr ərzində ümumilikdə 2300-ə yaxın zəng daxil olub.
Uşaq qaynar xəttinə daxil olan müraciətlərin böyük hissəsi, 700-ə yaxın zəng, hüquqi prosedurları əhatə edib. Təhsillə bağlı 636, psixoloji problemlərə dair 610, sosial məsələlərlə bağlı 170, səhiyyə ilə bağlı 100-ə yaxın müraciət daxil olub. Zənglərin qalan hissəsi digər sahələrə aiddir.
Statistikaya əsasən müraciətlərin 51% qadın, 48% kişilər tərəfdən edilib, 1% isə anonim şəkildə qəbul olunub. 2023-cü ilin yanvar-iyun ayları ərzində müraciətinin araşdırılması zəruri olan 85 ailə mərkəzə dəvət olunub, problemlərindən asılı olaraq onlara hüquqi, psixoloji və psixososial yardım göstərilib, uşaqlarla isə 152 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Birbaşa AUQX çərçivəsində həll edilməsi mümkün olmayan müraciətlər AUQX xidməti tərəfindən müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatlarına yönləndirilib.
2010-cu ildən Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 nömrələri, elektron poçt, internet səhifəsi, Facebook və Instagram sosial şəbəkələri, İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir, 24/7 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying) kimi ciddi məsələlərlə bağlı geniş spektrdə dəstək verir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi