Naxçıvan camaatını ən çox sıxan və kütləvi köçə səbəb olan əsas problemlər...
07-08-2023 [22:44]
Elxan ŞÜKÜRLÜ
***
Naxçıvan Muxtar Respublikasındakı kadr dəyişikliklərini vəzifəsindən uzaqlaşdıran şəxslərin ətrafı paytaxt Bakıda nə qədər gözdən salmağa və keçmişdəkilərə rəğbət oyatmağa çalışsalar da, yerli əhalinin əksəriyyəti bunu təqdirlə qarşılayır və gələcəyə böyük ümidlə yanaşır.
İndiyədək Naxçıvan camaatını ən çox sıxan və kütləvi köçə səbəb olan əsas problemlərdən biri əhalinin yersiz qorxu və vahimə rejimi altında saxlanması idi ki, artıq bu mühit aradan qaldırılıb.
İnsanların yeni rəhbərlikdən əsas gözləntisi isə yeni iş yerlərinin açılması, Muxtar Respublika əhalisinin gəlirlərini artıracaq təsərrüfat, istehsal sahələrinin canlandırılması və geriyədönüşün təmin edilməsidir...
Hazırda Naxçıvandakı dəyişikliklərin faydasını ən çox görən kəndlərdən biri isə elə bizim gözəl Kolanımızdır.
Uzun müddət rayon və MR rəhbərliyinin qərəzli və aşağılayıcı münasibətinə məruz qalmış kəndimizdə hazırda böyük abadlıq işləri görülür: kəndin əsas hissəsinin Laçın - Gorus - Qarakilsə - Şahbuz - Naxçıvan magistralına çıxışını qapadan və böyük narazılıq yaradan daş hasarlara artıq qapı yerləri açılıb, ilk dəfə kəndarası bütün yollar asfalt örtüklə təmin edilib, kənd qəbristanlığı isə daha etibarlı şəkildə dəmir çəpərə alınıb...
Kənd camaatının ən böyük arzularından biri isə, bax, bu fotoda arxada gördüyünüz, dağların üstündəki "Quzey" adlandırdığımız böyük bir əraziyə də yol çəkilməsidir. Çünki bu əraziyə avtomobil yolu çəkilərsə, Kolanı kəndinin təsərrüfat həyatı, demək olar ki, tamamilə dəyişərək, yenidən inkişaf mərhələsinə qədəm qoyacaq.
Bizim kənd camaatının əsas məşğuliyyəti heyvandarlıq və arıçılıqdır. Ancaq otlaq, sututan ərazilərin azlığı və nəqliyyat üçün əlverişli olmayan yerlərdə yerləşməsi ilboyu istifadə edilə biləcək minlərlə hektar təsərrüfata yararlı otlaq və əkin sahələrini səmərəsiz hala gətirib.
Sovetlər dağılan ərəfədə "Quzey"ə kəndimizdən yol çəkilməsi təşəbbüsləri olsa da, iş yarımçıq saxlanıldı. Sonradan Naxçıvandan əhalinin köçünün başlaması və kəndimizin də təsərrüfat həyatının geriləməsi bu yolun çəkilişinə marağı azaltdı.
Hazırda isə həmkəndlimiz Fuad Nəcəflinin Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi təyin edilməsindən və onun da böyük həvəs, məsuliyyət hissiylə işə başlamasından sonra Kolanı camaatında böyük ümid yaranıb ki, öz ata-babalarının tarixi təsərrüfat yerlərinə - "Quzey" və "Keçəldağ" ərazilərinə avtomobil yollarının çəkilişinə daha kimsə maneçilik törədə bilməyəcək...
Ümid edirik ki, yaxın gələcəkdə həm bu yolların çəkilməsi, həm də bütövlükdə Naxçıvanın su təchizatının yaxşılaşdırılması, təbii sututarların yaradılması üçün yerli şəraiti yaxşı bilən mütəxəssislərin iştirakıyla yeni layihələr hazırlanaraq, ölkə rəhbərliyinə təqdim ediləcək.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər