İRNA-nın Bakı ofisinin fəaliyyəti bərpa edilir: İranla münasibətlər normallaşır?
24-07-2023 [14:29]
Turan Rzayev,
Politoloq
***
İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. İndiki məqamda belə bir qərarın qəbul edilməsi diqqət çəkir.
Məsələ ondadır ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə indiyə qədər heç bir məlumat yayılmayıb. Bununla belə qərarın İRNA Xəbər Agentliyinin baş direktoru Əli Nadirinin Azərbaycana 4 günlük səfəri çərçivəsində açıqlanması diqqətçəkən digər bir məqamdır.
Nə baş verir?
İRNA Agentliyinin baş direktoru Əli Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində Azərtac-ın baş direktoru Vüqar Əliyevlə görüşüb. Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib.
Məhz bu görüşdə bəlli olub ki, İRNA Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar verib.
Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin iştirak etməsi isə xüsusilə diqqət çəkir.
Səfirin görüşdə iştirak etməsi ondan xəbər verir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması öncədən rəsmilər səviyyəsində razılaşdırılıb. Əli Nadirinin Azərbaycan səfərinin əsas məqsədi də məhz bu məsələ ilə bağlıdır.
Bakı və Tehran arasında buzlar əriyir?
İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması bu sualı aktuallaşdırır.
Sualın cavabını tapmaq üçün həm İRNA Agentliyinin baş direktoru Əli Nadiri Azərtac-ın baş direktoru Vüqar Əliyevlə görüşünə, həm də Prezident İlham Əliyevin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində İRNA əməkdaşı Muhammed Rizapurun sualına verdiyi cavaba diqqət yetirmək lazımdır. Buna sonra qayıdacam.
Əli Nadiri görüş zamanı deyib: “İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var”. Bundan başqa o, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu terror hadisəsi deyil “faciəli basqın” olaraq adlandırıb.
Aydın məsələdir ki, o, “İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var” deyərək İsraili hədəfə alır. Bu, Tehranın Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də ənənəvi İsrail ritorikasından əl çəkmədiyini göstərir. Yəni münasibətlər normallaşsa belə gələcəkdə Bakı-Təl-Əviv münasibətləri əsas gətirilib, pisləşə bilər.
Bundan başqa, Əli Nadiri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumu terror hadisəsi deyil, “faciəli basqın” olaraq adlandırılması da doğru yanaşma sayıla bilməz. Bu məsələ münasibətlərin korlanmasının ən əsas səbəbidir. Rəsmi Tehranın məsələyə daha həssas yanaşması və bunu terror hadisəsi olaraq qəbul etməsi lazımdır. Bu, Tehranın baş verən hadisənin unudularaq münasibətlərin normallaşdırmaq istəyini bir daha göstərir.
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun açılış mərasimində İRNA əməkdaşı Muhammed Rizapur ilə dialoqu da İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və normallaşma perspektivi baxımından diqqət çəkir.
Birincisi, Muhammed Rizapur nə qədər cəhd etsə də, sualını formalaşdırıb, Prezidentə ifadə edə bilməyib. Bu zaman Prezident moderator Rüfət Həmzəyevi iranlı jurnalistin yanına göndərib və olduqca simvolik replika verib: "Siz bizdən çox uzaqsız, bəlkə ona görə səsiniz gəlmir...".
Bəli, həqiqətən də bu gün İran Azərbaycandan çox uzaqdır. Son baş verən hadisələr də iki ölkə arasında münasibətləri pisləşdirdiyi kimi bir-birindən də uzaqlaşdırdı. Bu baxımdan prezidentin iranlı jurnalistə verdiyi simvolik replika əslində İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətindən xəbər verir.
İkincisi, Muhammed Rizapur prezidentə “İRNA Azəri”nin fəaliyyətə başlaması münasibətlərin güclənməsinə necə təsir göstərəcək sualını ünvanladı. Prezident isə cavabında “Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək”.
Bu dialoqda diqqətçəkən məqam İRNA əməkdaşının özünü “İRNA-Azəri” əməkdaşı kimi təqdim etməsi və prezidentin cavabında “İRNA-Azəri” deyil “İRNA-Azərbaycan” deməsidir.
Əslində bu çox sadə bir məsələ kimi görünə bilər, lakin ölkə başçısının iranlı jurnalistin provokasiyasına ustaca cavab verməsi rəsmi Bakının İranla münasibətləri normallaşsa belə əvvəlki kimi qarşılıqlı, güvən, etimadla deyil, ehtiyat və hər an gərginləşmə risklərinə hazırlıqlı olacağını göstərir.
Bakının gözləntiləri
Aydın məsələdir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə qərar qarşılıqsız verilməyib. Bunu prezidentin İRNA əməkdaşının sualına verdiyi cavabdan da görmək olar.
“Düşünürəm ki, ən yaxşı üsul İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır” – prezident deyib.
Ölkə başçısı bu sözləri ilə İranda Azərbaycan reallıqlarının, habelə Qarabağ və Şərqi Zəngəzur ilə bağlı düzgün informasiyanın verilmədiyini deyir. Yəni “İRNA-Azərbaycan”dan əsas gözləntisi həm reallıqların düzgün əks etdirilməsi, həm də Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin İran ictimaiyyətinə çatdırılmasıdır.Bu həm də “İRNA-Azərbaycan”a bir xəbərdarlıqdır. Qurum yenidən dezinformasiya, yalan məlumat yaysa, bu zaman fəaliyyəti dayandırıla bilər.
Mia.az
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO