Zelenski Ərdoğana məktub göndərdi: "Rusiyasız davam etməyə hazırıq..."
18-07-2023 [00:29]
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın "Taxıl Dəhlizi" sazişindən çıxmasından sonra Türkiyə prezidenti Ərdoğan və BMT-nin baş katibi Quterreşə məktub göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Zelenski məktubunda Rusiyasız taxıl sazişinin davam etdirilməsinə hazır olduqlaırnı bəyan edib.
O bildirib ki, Rusiyanın geri çəkilməsinə baxmayaraq, Ukrayna taxıl sazişi çərçivəsində ixracı davam etdirməyə hazırdır.
Məktub barədə açıqlama verən Ukrayna prezidenti Zelenskinin mətbuat katibi Nikiforov Rusiyanın sazişdən çıxmasına baxmayaraq, Kiyevin Taxıl dəhlizindən istifadə etməyi planlaşdırdığını biildirib: "Biz Rusiyanın dəlilliyinə səbr göstərməli deyilik. Rusiyasız bu yola davam etməliyik. Biz tədarükə hazırıq...".
Onun sözlərinə görə, artıq taxılı daşıyan gəmiçilik şirkətlərinin rəsmiləri də onlarla təmasa keçiblər: "Biz Rusiyadan qorxmuruq. Üstəlik, gəmilərin sahibi olan şirkətlər bizimlə əlaqə saxlayıb. Onlar deyir ki, Türkiyə boğazlardan onların keçidinə icazə verərsə, taxılı əvvəlki kimi daşımağa hazırdırlar. Bir sözlə, Rusiyadan başqa, hər kəs taxıl tədarükünü davam etdirməyə hazırdır. Taxıl dəhlizindən istifadə etmək üçün lazım olan hər şey edilməlidir"
Körfəz ölkələrinə səfərində açıqlama verən prezident Ərdoğan isə deyib ki, hazırda Türkiyə XİN başçısı Rusiya XİN başçısı ilə təmaslarını davam etdiirr: "İnanıram ki, qiymətli dostum Putin də bu tədarükün davamını istəyir. Türkiyəyə döndükdən sonra və avqust ayında cənab Putinlə bu barədə ətraflı müzakirələrimiz olacaq. Ölkəmə dönən kimi, Putinlə telefonda danışacağam".
Xatırladaq ki, Türkiyə ilə BMT arasında 2022-ci ildə İstanbulda imzalanmış Qara Dəniz Taxıl Dəhlizi Sazişinin müddəti dünən başa çatıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, daha əvvəl 3 dəfə uzadılan müqavilənin bir daha uzadılacağı yalnız bir halda mümkündür: "Bundan əvvəl bizə verilən vədlər yerinə yetirilmədi. Taxıl dəhlizi sazişi bu gündən etibarən qüvvədə olmayacaq. Əgər Rusiyanın da şərtləri qəbul olunarsa, müqavilə yenidən qüvəyə minə bilər".
Qeyd edək ki, sazişdə Ukrayna taxılı ilə bərabər, Rusiyanın kübrə və taxılının da dünya bazarına çıxışına vəd verilsə də, sanksiyalar səsbəbindən bu, mümkün olmayıb. İndisə Rusiya bu vədi yerinə yetirməyi tələb edir.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi