"Şair dedi: qadın nədir ki, o mənim namusum olsun..."
10-07-2023 [00:25]
Nadir QOCABƏYLİ
***
Ailənin ağır yükünü çəkmək istəməyən insanların zəmanəsi gəlib...
Artıq kişilər arvad-uşağına nəzarət, diqqət etməyə ərinir. Çünki başları daha çox öz məşğuliyyətlərinə, ehtiraslarına, əyləncələrinə qarışıb.
Hətta İnternet, Feysbuk, Tik-Tok, İnstaqram, Vatsap zəmanəsi olduğunu da unudublar. Tez-tez kiminsə namusunu təmizləmək üçün arvadını bıçaqladığını eşidir, buna üzülür, qınayır, söyür, günahın kimdə olduğunu axtarırıq.
Srağa gün qeyri-adi bir video yayıldı. Hövsanda bir qadın binanın həyətində əlindəki sərt alətlə ərinin maşınını xıncım-xıncım elədi. Ər də buna mane olmadı. Yalnız polisin müdaxiləsindən sonra qadını zavallı maşından ayıra biliblər.
Səbəb ərinin başqa qadınla hansısa münasibətdə olmasıdır...
Ümumiyyətlə son zamanlar qısqanclıq zəminində baş verən dava-dalaşların, konfliktlərin, boşanmaların, nəhayət, qətllərin sayı xeyli artıb. Əlimdə bu haqda statistik məlumat olmasa da, deyə bilərəm ki, bu cür münaqişələr əvvəlki dövrlərə nisbətdə hətta sıçrayış edib.
Düşünürəm ki, əsas səbəb informasiya məkanının genişlənməsi, ölkəmizin dünyaya açılması, başqa ölkələrdə, xüsusilə də, Avropa və Amerikada, Türkiyədə gedən ictimai proseslərə inteqrasiya olması, fundomental bilikləri, intellekt səviyyəsi yüksək olmayan insanımızın bu dalğaya qəfil yaxalanmasıdır.
Məsələ burasındadır ki, insanların əksəriyyəti dünyada baş verənlərin yalnız zahiri qismini görür və yamsılamağa başlayır. Gəlişi gözəl sözlərə və şüarlara aldanır, mühiti, şəraiti, ənənələri, mentaliteti nəzərə almır və buna görə də, ağır nəticələrlə üzləşir.
Gəlin özümüzə bir sual verək: biz ailə ünstitutunu qoruyub-saxlamaq istəyirik, yoxsa artıq ona ehtiyac yoxdur? Əlbəttə, çoxunuz deyəcəksiniz ki, bu, nə sözdür, ailə müqəddəsdir-filan. Amma Avropada da belə deyirlər, fəqət orada ailə artıq formal xarakter daşıyır. Yəni insanlar kağız üzərində ailə qurur, hətta müqavilə bağlayıb, sədaqət andı içsələr də, tezliklə ayrılır, hərəsi 4-5 dəfə evlənir, evli olduqları müddətdə əksər məsələlərdə sərbəst davranırlar. Məsələn, kişi yay tətilində dincəlmək üçün İspaniyaya, qadın Türkiyəyə gedir. Oralarda istədiklərini sərbəst şəkildə edir, hətta müvəqqəti sevgililər, partnyorlar tapır, sonra evə qayıdıb heç nə olmamış kimi davranaraq, xoşbəxt ailə həyatına davam edirlər.
Əsgərlikdə moskvalı bir dostum mənə tez-tez Nataşa adlı nişanlısı haqda danışır, şəklini göstərirdi. Sonra o məktəbdə aşpaz köməkçisi işləyən Valya adlı bir qızla gecələr görüşməyə başladı. Soruşdum ki, Vitya, bəs Nataşa? Cavab verdi ki, oğlum, Nataşa Moskvada, mən burda. Dedim, əminsən ki, Nataşa səni gözləyir, Moskvada heç kəslə görüşmür? Dedi, yox, mən bunu ondan heç tələb də etmirəm. Mənim ürəyim burada qadın istədiyi kimi, onunku da orada kişi istəyir və yəqin ki, onlarla yatır. Əsas odur ki, mən evə qayıtdıqdan sonra biz evlənəcəyik və bir yerdə olacağıq.
Mən o zaman Viktoru başa düşmədim, heç indi də anlamıram. Necə yəni mən burda, o da orda kefimiz istəyəni edirik və görüşəndə evlənib xoşbəxt olacağıq? Bu necə insanlıqdır? Əgər bu insanlar başqaları ilə çox asanlıqla intim, cinsi əlaqəyə girə bilir, sevişirsə, o zaman onları bir-birinə bağlayan nədir? Niyə mütləq yenidən görüşməlidirlər? Bir-birinə hansısa sözü verdiklərinə görəmi? Məgər sədaqət andı, əhd-peyman yalnız bunumu nəzərdə tutur?
Məncə, belə olmamalıdır. İnsanlar bir-birini sevirsə, əhd-peyman bağlayıblarsa, onun şərtləri və bəndləri çox geniş olmalı, hər şeyi nəzərdə tutmalıdır.
Bizdəki kimi, bir-birini aldatmaq da olmaz. Zatən aldada da bilməzsən. Belə şeylərin ömrü "40 gün" çəkir. Elə arvadını aldatdığını zənn etdiyi üçün Mersedesi xurd-xəşil olan hövsanlı axmaq kimi. Əgər aldadırsansa, bir gün mütləq üstü açılacaq. Açılmırsa, deməli, səni də aldadırlar.
Qonşuluqda bir "krutoy" qaqaş var, nə iş gördüyü bəlli deyil, harasa gedib-gəlir. Cavan, gözəgəlimli arvadı və 2 uşağı var. Bu günlərdə eşitdim ki, qadın qeyri-adi bir yerdə işə düzəlib. Soruşdum ki, ixtisası uyğun gəlir? Dedilər ki, yox e, heç bir ixtisası-zadı yoxdur. Sadəcə, həmin müəssisənin xidmətindən istifadə edirmiş, oradakıların xoşuna gəlib və iş təklif ediblər.
Bir müddət sonra eşitdim ki, öz qohumları qadına bahalı hədiyyələr eilməsi haqda dedi-qodu edirlər. Heç bir münasibətsiz-filansız və ərinin vecinə deyil, hər gün geyinib-kecinib damağında siqaret telefonuna baxa-baxa harasa gedir.
Ərz edim ki, belə kişilər, ailə başçıları son zamanlar hədsiz çoxalıb və günlərin bir günü eşidirik ki, arvadını bıçaqlayaraq öldürüb.
Düşünürəm ki, son zamanlar leksikonumuza daxil olan və aktiv işlənən "peysər" sözü də bununla bağlıdır. Sözün əsl mənasında cəmiyyətimizdə peysərləşmə gedir. Axırda da bu adı üzərlərindən götürmək üçün bıçağa əl atırlar.
Avropada, Rusiyada bu ona görə yoxdur ki, orada artıq hamı "peysərdir" və bu səbəbdən də ictimai qınaq yoxdur, namus təmizləməyə ehtiyac duyulmur. Ancaq bizdə bu proses yeni başlayıb, sürətlə getsə də, heç vaxt sona çatmayacaq. Çünki istiqanlılığımız, temperamentimiz, mental dəyərlərimiz, üstəlik dinimiz və məzhəbimiz tam "peysərləşməyimizə" imkan vermir. Bunu burada ruslar edə bilmədilər, Avropa da edə bilməyəcək. Odur ki, ən yaxşısı əksəriyyətin namuslu, qeyrətli, diqqətli, ailəsinə sadiq, dürüst olması, özünə rəva bilmədiyini başqasına da bilməməsidir...
P. S. Bir dəfə bir "kruqda" bu haqda söhbət edirik, ölkədə iki tanınmış şəxs də var. Biri tanınmış şair, digəri sayt redaktorudur. Şair dedi ki, qadın nədir ki, o mənim namusum olsun. O biri də dedi ki, bizim qadınları buraxsan da heç yerə gedən və heç nə edən deyillər.
Mən başa düşmürəm, əgər həyatını, yatağını, duyğularını, uşaqlarını, ocağını bölüşdüyün insanı namusun saymırsansa, o halda namus bəs nədir? Yekə-yekə deyəcəksən ki, vətəndir. Amma Vətən də elə ailədən, evdən, ocaqdan başlayır. Bunları namusu saymayan vətəni heç saymaz. Onu kimsə dəhmərləyib, cəbhəyə göndərə bilər, amma ürəyində heç vaxt vətən sevgisi olmaz.
İkincisi, niyə düşünürsən ki, bizim qadınları buraxsan da heç yerə getməzlər? Özü də bunu 2 dəfə evlənən adam deyir. Əvvəla, sən gedirsənsə, o niyə getməsin? İkincisi də, artıq o dövr deyil. Artıq bir çox qadınlar öz dəyərlərini, hüquqlarını bilir, alçalmaq istəmirlər. Ondan sədaqət istəyirsənsə, sadiq olmalısan. Yoxsa bir gün getməz, iki gün dözər, amma axırda sırf səndən qısas almaq üçün nə desən edər...
MİA.AZ
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib - FOTOLAR
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - Nələr müzakirə olunub?
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Sabah yağış yağacaq
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DONALD TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ - MƏTN + SƏNƏD
Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama