“Şahın oğlunun başını kəsib süfrəyə qoydular” - İngilislər Moğol imperiyasını necə çökdürüb?
07-07-2023 [14:38]
Elbəyi Həsənli,
Sürix
***
Böyük Moğol İmperiyasının sonuncu hökmdarı II Bahadır Şah həm də şair və xəttat olaraq tanınırdı. Bir çoxları onu siyasi liderdən daha çox sənətçi kimi qəbul edirdi.
Bilməyənlər üçün deyim ki, Böyük Moğol İmperiyasını Teymurilər dövlətinin banisi Əmir Teymurun (1370-1405) torunları yaradıb. Böyük Moğol imperiyası hazırda mövcud olan Hindistanın ərazisini ehtiva edirdi. 1526-1857-ci illər arasında mövcud olmuş bu imperiyanın əsasını isə Qazi Zahirəddin Məhəmməd Babur (1494-1500) qoyub. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur...
II Bahadır Şah isə urdu dilində yazıb. Urdu anlamı türk dillərində olan ordu sözündən gəlir. Moğollar (moğol sözü də monqol sözünün hind dilindəki tələffüzündən yaranıb) müxtəlif xalqların qarışığından yaratdıqları orduda süni yaradılmış urdu dilindən istifadə edirdilər. Urdu dilli bəzən Laşkari dili olaraq da adlandırılır. Ləşkər sözü də fars dilindən gəlir və ordu anlamını verir. Urdu dili hazırda Pakistan və Hindistanda rəsmi dövlət dillərindən biridir. Bu dil türk, monqol, fars, sanskrit, ərəb, hind dillərindən çox söz almışdır. Urdu əlifbası ərəb əlifbasına əsaslanır. Hazırda bu dil 70 milyon adamın ana dilidir. Ancaq bu dil geniş yayılıb və 230 milyondan çox insan bu dildə danışa bilər.
II Bahadır Şah Zəfər zəfərin yox, məğlubiyyətin rəmzidir. İngilislər Hindistana hücum edəndə o, qocalıb əldən düşmüşdü, ömrünün qürub çağını yaşayırdı. İngilis tarixçiləri yazır ki, Moğolların sonuncu imperatorunu bir gecədə taxtdan saldılar. 1857-ci ildə Dehlidə şahın qeyd-şərtsiz təslim olması üçün onun kiçik oğlunun başını kəsib səhər yeməyi verilən boşqabın içində qarşısına qoydular. Şahın digər oğullarını da güllələdilər.
O günlərdə II Bahadır Şah Zəfərin tərəfdarları ingilislərə qarşı vuruşurdu. Həmin döyüşlərdə 2 milyondan çox müsəlman qətlə yetirildi. Böyük Moğol İmperiyasını ingilislər qan içində basdırdılar...
Tarixçilər onu da yazır ki, ingilislər Hindistanı özlərinə tabe etmək məqsədi ilə qədim Romadan qalmış “Parçala, hökm sür” siyasətini işə saldılar. Hinduizmə tapınan insanlarla müsəlmanlar arasında düşmənçilik toxumu səpildi. Bu bəla bu gün də davam edir, hər il Hindistan, Pakistan və Banqladeşdə dini zəmində minlərlə insan qətlə yetirilir. Halbuki moğollar dönəmində Hindistan fərqli dinlərin harmoniyasına köklənmişdi.
İngilislərin sürgünə göndərdiyi 87 yaşlı şah 1862-ci ilin noyabrında Rangune şəhərində vəfat etdi. Britaniya imperiyası onun qəbrinin yerini uzun müddət gizli saxladı. Yalnız 1991-ci ildə II Bahadır Şah Zəfərin qəbri təsadüf nəticəsində aşkara çıxdı.
O da maraqlıdır ki, 1975-ci ildə Hindistanda II Bahadır Şahın dünyaya gəlişinin 200 illiyi ilə bağlı poçt markası buraxıb. Markanın üzərində isə şahın urdu dilində yazdığı şer yer alıb...
Onu da deyim ki, Bahadır Şahın 4 xanımı olub. Türk törəninə uyğun olaraq onların dördünün də adı “bəyim” müraciəti ilədir. Sonuncu xanımının adı isə Tac Mahal bəyimdir.
22 oğlu, 32 qızı olmuş şah sufi düşüncəsinə sahib idi. O, sufilikdə ən yüksək məqam olan pir kimi tanınırdı. Çoxsaylı müridləri vardı. Daha çox kasıb alim və dərviş kimi görünürdü. Dini baxımdan xüsusi statusda olması ona imperator kimi müqəddəslik məqamı qazandırmisdir.
Şah Zəfər bir misrasında həm hinduizm, həm də islam eyni mahiyyəti bölüşür, deyir. Bu yanaşma çox mədəniyyətli Hindu-İslam Moğol mədəniyyətini özündə cəmləşdirirdi. Şah öz sarayında Rakhi, Holi, Divali kimi bir çox hindu bayramlarını qeyd edərdi. Şah Zəfər şiə müsəlmanlara qarşı da dözümlü idi və onun sarayında şiələrə də ehtiram göstərilirdi.
İngilislər Şahı onlara qarşı qiyam təşkil etməkdə suçlayırdılar. Bununla bağlı 21 gün davam edən məhkəmə quruldu. 19 dinləmə keçirildi, 21 şahid ifadə verdi. Məhkəmənin gedişi fars və urdu dillərində qeydə alındı, ingilis dilinə tərcümələri ilə birlikdə yüzdən çox sənəd məhkəməyə təqdim olundu. Şah Dehlidəki Qırmızı Qala adlanan yerdə mühakimə olundu. Onun haqqında ölüm hökmü çıxarıldı, ancaq hökm icra olunmadı. Şahı Ranquna sürgünə göndərdilər. Xanımları və sağ qalan iki oğlu onunla birlikdə sürgünə yollandı...
İngilislər Moğol imperiyasının idarə etdiyi Hindistanı 2 milyondan çox insanı qətl edərək ələ keçirdilər. Və möhtəşəm bir ölkə ingilislər tərəfindən vəhşicəsinə qarət olundu...
Bu gün də Böyük Britaniya qeyri-rəsmi şəkildə Hindistan, Pakistan və Banqladeşi öz təsir dairəsində saxlayır. Balaca Britaniya yeritdiyi siyasətin hesabına bu nəhəng ölkələrin hələ də öz cazibəsindən qopmasına imkan vermir...
MİA.AZ
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: Qərb artıq Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verib
Ermənistanda Robert Koçaryana qarşı iş bərpa edilib
Finlandiya və İsveç Rusiyaya zərbə endirmək üçün onların silahlarından istifadə olunmasına icazə verib
Mauro İcardi yanvar ayında "Flamenqo" komandasına transfer ola bilər
XİN başçısı: Rəsmi Kiyev tərəfdaşlarını Ukraynaya öz yerli istehsalları olan silahları almağa dəvət edib
Fransanın xarici işlər naziri Ermənistana səfər edəcək
Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndənin Azərbaycana səfəri başlayıb
64 məktəb direktoru təqaüdə göndərilib
Gömrükdə qalmaqal - General niyə məhkəməyə şikayət edib?
Vəfa Nağı MSK-nın iclasında: 86 videogörüntü, protokollar və sənədlər təqdim edildi, 6 məntəqədə nəticələr etibarsız sayıldı
Məşhur məşqçi 18 gün sonra dəfn olunub - FOTOLAR
Bakıda səkilər satılıb - İcra Hakimiyyəti günahı əvvəlki icra başçılarının üstünə yıxdı (FOTO, YENİLƏNİB)
Sabiq icra başçısının oğlunun şikayəti... - MSK baxdı və 3 məntəqə üzrə nəticəni ləğv elədi
Məzahir Pənahov namizədə "ilişdi": "Onu iştiraka dəvət edəndə, bizə heç bir irad bildirmədi".
MSK Müsavatçı namizədin şikayətinə "yox" cavabı verdi
Bakının Nizami rayonunda tikinti özbaşınalığı: "Bizi öz evimizdə girov saxlayırlar"
“Bakı Telefon Rabitəsi” kondisioner təmrinə 857 min manat xərcləyəcək - SMS-lərə isə...
"Formula 2": Bakıdakı sıralama turunda iki pilot qəza törədib
Təhdid olunan "Qalatasaray" rəsmisi istefa verdi - Açıqlama
Rəsmi London Rusiyanın casusluq ittihamlarını rədd edib: "Rəsmi Moskvanın üzrxahlıq tələbini də qəbul etmir, rədd edirik"
İki imtahanın nəticələri elan olunub
Türkiyə İraqda PKK-ya növbəti ağır zərbəni vurub - 19 ölü var
İnternet bahalaşdı, sürət öldü - Bəs VİCDAN?
Prezident “Vista Equity Partners” şirkətinin icraçı direktorunu qəbul edib - FOTO (Yenilənib)
Polis rəisi deputatın üzərinə maşın sürdü - Anbaan VİDEO
Çin pensiya yaşını qaldırır - 15 ilə qadınlar 58 yaş, kişilər isə...
Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq
Türkiyə klubu "Çelsi"nin hücumçusunu transfer edib
Pakistanın ballistik raket proqramı ABŞ-ı narahat etməyə başlayıb - 5 təşkilat və bir şəxsə sanksiya tətbiq olundu
Şəhid abidəsinə qarşı tərbiyəsizlik edən şəxs həbs olundu - DİN-dən açıqlama (FOTO)
"Qalatasaray" hücumçunu icarəyə verib
Dövlət Baxçalı haqda "öldü" xəbərini yayanlar polisə verildi
ÖLKƏ GÖZƏLİ PARÇA-PARÇA EDİLİB: daha sonra ət maşınında çəkilib və kimyəvi maddələrlə yox olunub
"Beşiktaş" daha bir futboçusunu satıb
Evdə ərzaq davası - Arvad əri ilə dalaşıb və...
Türkiyənin Ərzincan bölgəsində zəlzələ olub