Gömrükdə 1-ci müavin və müavin ştatlarından biri ləğv olundu, regional idarələr yenidən formalaşdırılır - Generallar yola salınır
03-07-2023 [17:58]
"Bir müddət öncə Dövlət Gömrük Komitəsində ciddi struktur dəyişikliyi baş vermişdi. Gömrük sistemi regional idarəetmədən rayonlar üzrə idarəetməyə keçid etmişdi. Prezidentin fərmanı əsasında 5 il bundan öncə yaradılan baş idarələr, Şimal Ərazi, Cənub Ərazi və Qərb Ərazi Baş Gömrük İdarələri ləğv edilərək yenidən köhnə strukturlar, rayon və şəhər üzrə gömrük idarələri yaradılıb. Hazırda isə adı çəkilən baş idarələrdə ləğvetmə prosesinin getdiyi bildirilir, generallar qarışıq hamı sərəncama götürülüb".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, hazlrda rayon Gömrük İdarələri yenidən formalaşdırılır: "Bir neçə gün öncə də DGK strukturunda 1-ci müavin və müavin ştatlarından biri ləğv edilib. Beləliklə, bütün bunlardan sonra güman etmək olar ki, DGK-nın yeni strukturunda generalların sayı xeyli, ən azı 6-7 nəfər azalacaq".
Osman Gündüzün fikrincə, DGK-nın yeni rəhbərliyi regional idarəetməni məqsədəuyğun hesab etməyib: "Hansı ki, zamanında bu strukturlar formalaşanda generalların sayının artırılması deyil, daha çevik və effektiv gömrük idarəetməsinin formalaşdırıması nəzərdə tutulmuşdu. Amma göründüyü kimi bu baş verməyib. İndi necə olacaq? DGK hələlik bu haqda açıqlama verməyib, sadəcə kadr islahatlarına, generalların, rəislərin sayının azaldılmasına yönəlik addımlara üstünlük verilib. Düşünmək olar ki, gömrük rəsmiləşməsində DGK ifrat mərkəzləşməni də yumşaltmaq niyyətindədir. Hələlik isə, ifrat mərkəzləşmə qalır, gömrük rəsmiləşdirmələri əsasən Bakı şəhərində reallaşdırılır".
Ekspert bildirib ki, beynəlxalq təcrübəyə görə, adətən prosesləri sadələşdirdikdən sonra rəqəmsallaşdırılması, xidmətlərin optimallaşmasından sonra elektronlaşması daha effektiv olur: "DGK-nın rəqəmsal transformasiya sahəsində yaxşı ənənələri, effektiv rəqəmsal həlləri olub. Ümid edirəm DGK-nın yeni strukturu Rəqəmsal Gömrük konsepsiyasının uğurla reallaşmasına kömək olacaq".
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi