21-05-2014 [16:47]
Səbail rayonu Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərini ümummilli lider Heydər Əliyevə həsr olunmuş konserti keçiriblər
Mia.az-a Səbail İcra Hakimiyyətindən daxil olan məlumata görə, rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovun, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, rayon pedaqoji ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən konsertdə məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrlə uğurla çıxış edən şagirdlərin ifalarını respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkeçtri müşaiət edib:
«Konsert proqramında məktəbin müxtəlif siniflərində oxuyan şagirdlər – fortopianoda Elvin Əliyev, Fidan Nəbiyeva, Faida Həsənli, Reyhan Abdulcəlilova, Xədicə Qasımzadə, Aydan Əliyeva, Leyla Tomayeva, Səbinə Abbasbəyli, Tamila Əhmədova, Məlik Cəfərov, Dilarə Ulu, skripkada Firuzə Əliyeva, Elvina Qurbanova, Nigar Şibliyeva, kamançada Zabitə Nəsirli, tarda Rauf Nəcəfov, Əli Məlikov, məktəbin skripkasılar ansamblının çıxışları toplaşanların alqışları ilə qarşılanıb».
Tədbirin sonunda məktəbin məzunu Sadıq Məlikovun ifasında mahnılar səslənib.
R.Behbudov adına 2 saylı Musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının mütəmadi olaraq davam etdiriləcəyini bildirib.
Qeyd olunmalıdır ki, Rəşid Behbudov adına 2 saylı Musiqi məktəbi 1940-cı il sentyabrın 1-də fəaliyyətə başlamışdır. Məktəbdə hazırda 385 nəfər şagird təhsil alır. 75 nəfər ali təhsilli pedaqoq fortepiano, skripka, tar, kamança, balaban, klarnet, fleyta, vionelçel, akkordion, qanon, nağara və s. ixtisasları üzrə şagirdlərə dərs deyir. Məktəbdə həm də xor, xalq çalğı alətləri və skripkaçılar ansamblı fəaliyyət göstərir.
Respublikanın əsas simfonik və kamera orkestrlərinin aparıcı solistləri, həmçinin xalq artisti Şəfiqə Eyvazova, əməkdar artistlər Eyyub Yaqubov, Elnur Həmidov (kamança), Zaur Əmiraslanov və Fərqanə Qasımova, populyar müğənnilər Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov, bu müsabiqənin iştirakçıları Aysel Teymurzadə, Fərid Məmmədov, Safura Əlizadə, bəstəkar Aydın Əzimov, Zöhrab Adıgözəlzadə və bir çox tanınmış musiqiçilər məktəbin məzunlarıdır.
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib