Mehdi Hüseynzadə: tarix, kino və yaddaş üzərindən qurulan diplomatiya
23-03-2026 [18:01]
Avropa mediasında yayılan bir xəbər ilk baxışda mədəniyyət hadisəsi kimi görünə bilər. Lakin diqqətlə baxdıqda bu, daha dərin və çoxqatlı prosesin bir hissəsidir.
Avropanın kino sənayesi üzrə ixtisaslaşmış platforması olan "Film New Europe" yazır ki, Sloveniyanın dövlət yayımçısı RTV Slovenia nümayəndələri Bakıda Mehdi Hüseynzadə haqqında film layihəsini müzakirə ediblər. Bu, təkcə bir film ideyası deyil. Bu, tarix üzərindən qurulan siyasi və mədəni xəttin davamıdır.
Mehdi Hüseynzadə Azərbaycan üçün qəhrəmandır. Amma onun hekayəsi yalnız milli çərçivəyə sığmır. O, II Dünya müharibəsi dövründə Sloveniyada partizan hərəkatında iştirak edib və məhz orada həlak olub. Bu fakt onu Azərbaycanla Avropa arasında simvola çevirir.
Məhz buna görə də onun xatirəsi Sloveniyada qorunur. Nova Gorica yaxınlığında ucaldılan abidə bu yaddaşın konkret ifadəsidir. Bu abidə 2007-ci ildə açılıb və Azərbaycan–Sloveniya münasibətlərində simvolik hadisələrdən biri hesab olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin həmin abidənin açılış mərasimində iştirakı isə bu məsələyə verilən siyasi əhəmiyyətin göstəricisidir. Cənab Əliyevin çıxışında səsləndirdiyi fikir bu yanaşmanı açıq şəkildə ortaya qoyur: “Mehdi Hüseynzadə təkcə Azərbaycan xalqının deyil, Avropa xalqlarının da azadlığı uğrunda mübarizə aparmış qəhrəmandır.”
Bu cümlə sadə xatırlatma deyil. Bu, siyasi mesajdır. Çünki bu yanaşma ilə Azərbaycan öz tarixini Avropanın ortaq yaddaşına daxil edir. Bu, “bizim qəhrəman” modelindən “ortaq qəhrəman” modelinə keçiddir. Bu prosesin arxasında isə daha incə və bəzən görünməyən detallar dayanır.
Akademik Rəfail Hüseynov – hazırda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini – şəxsi söhbətlərimizdə dəfələrlə vurğulamışdı ki, İlham Əliyev Mehdi Hüseynzadənin abidəsinin ucaldılması məsələsinə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Prezident bu layihənin yalnız siyasi yox, hətta texniki və estetik detallarına qədər şəxsən müdaxilə edib. Bu, məsələnin sadəcə protokol səviyyəsində olmadığını göstərir.
RTV Slovenia-nın film layihəsi göstərir ki, Mehdi Hüseynzadə artıq yalnız tarixi fiqur deyil. O, vizual mədəniyyətə daxil olur. Kino vasitəsilə daha geniş auditoriyaya çıxır. Bu isə onun simvolik çəkisini daha da artırır.
Bu kontekstdə bir detal xüsusi diqqət çəkir. Mehdi Hüseynzadənin həyatı artıq sovet dövründə ekranlaşdırılıb. “Uzaq sahillərdə”*filmi 1958-ci ildə çəkilib və Azərbaycan kinosunun kult nümunələrindən birinə çevrilib.
Film təkcə ölkə daxilində deyil, bütün SSRİ məkanında böyük uğur qazanmışdı. Müxtəlif mənbələrə görə, bu filmə on milyonlarla tamaşaçı baxıb. Bu gün də Azərbaycan tamaşaçısı üçün həmin film aktualdır və Mehdi Hüseynzadənin obrazı məhz bu ekran işi vasitəsilə kollektiv yaddaşda yaşayır.
Beləliklə, bir partizan hekayəsi bir neçə mərhələdən keçir: əvvəl tarix olur, sonra kinoya çevrilir
və nəhayət, geopolitik yaddaş elementinə dönür. Bu gün Avropada yeni film layihəsinin müzakirəsi göstərir ki, bu proses davam edir. Tarix burada sadəcə keçmiş deyil. O, bu günün siyasətində istifadə olunan resursdur. Mehdi Hüseynzadə isə bu resursun mərkəzində dayanır.
Elbəyi Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi