İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq

img

31-03-2026 [00:05]


İsrail Knesseti (Parlament) dünyanın diqqətini çəkən qanun layihəsini qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  mübahisəli layihə fələstinli əsir və məhkumların edamına əsas verəcək.

Məlumata görə,beynəlxalq tənqidlərə səbəb olan qanun layihəsi Knesset Baş Assambleyasında 62 səsə qarşı 48 səslə qəbul olunub.

Xəbərdə deyilir ki, İsrail Baş naziri Binyamin Netanyahunu da bu qanun layihəsinə səs verənlər arasında olub.

Son səsvermə zamanı Demokrat Partiyasının parlament üzvü Gilad Kariv ilə qanun layihəsini dəstəkləyən ifrat sağçı parlament üzvləri arasında sözlü qarşıdurma baş verib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA