İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var

img

31-03-2026 [10:19]


Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.

Qəzaya düşənlər bir ailənin üzvləridir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA