Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”

img

31-03-2026 [00:43]


ABŞ Prezidenti Donald Tramp İranda bir həftədən çoxdur kiminlə müzakirə apardıqlarının açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  o, İranda gizli şəkildə təmasda olduqları şəxsin İran Parlamentinin sədri Məhəmməd Qalibaf olduğunu elan edib.

Donald Tramp "New York Post" qəzetinə eksklüziv müsahibəsində  bu barədə suala cavabda bildirib ki,  yüksək vəzifəli məmurların öldürülməsi səbəbindən İranda rejim dəyişikliyi faktiki gerçəkləşib: "Əvvəlkilər getdiyi üçün tamamilə rejim dəyişikliyi baş verib. İndi tamamilə yeni bir qrup insanla qarşılaşırıq. Yeni liderlər indiyə qədər daha məntiqli davranır. İran İslam Şurası Məclisinin (parlıament) sədri Məhəmməd Baqir Qalibaf bizimlə danışıqlardadır. Onun ABŞ-la əməkdaşlıq edib-etməyəcəyi bir həftə ərzində daha dəqiq bəlli olcaq”

İranın yeni lideri Müctəba Xameneinin sağ və ya ölü olması ilə bağlı suala gəldikdə isə Tramp deyib: "Ondan heç kim xəbər ala bilmir. O, çox ağır yaralanıb. Yəqin ki, sağdır, amma biz onun son dərəcə ağır vəziyyətdə olduğunu düşünürük."

Maraqlı burasıdır ki, müsahibədən az əvvəl “Wall Street Journal”I yazıb ki, Əli Xamenei və Əli Laricani kimi şəxslərin ölümündən sonar İran Parlamentinin sədri Məhəmməd Qalibaf və xarici işlər naziri Abbas Arakçi müvəqqəti olaraq hədəf siyahısından çıxarılıblar. 

Samir MUSAYEV
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA