Kəmaləddin Heydərovun övladlarının əmlakına zərər dəyib: necə? - FOTOLAR

img

29-03-2026 [11:29]


"ABŞ-İsrail-İran müharibəsini ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb".

Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb.

Onun sözlərinə görə,  ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:

"Raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib.

Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Hetdərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.

İranın Palm Jumeyraya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub".

Samir

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA