20-05-2014 [18:57]
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə yaradılmış informasiya sisteminin ilkin versiyasının təqdimatı olub.
Nazirliyin İctimaiyyətlə Əlaqər Şöbəsindən Mia.az-a daxil olan məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunması və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi sisteminin tam avtomatlaşdırılmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: "Əsas məqsəd bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına, şəffaflığın təmin olunmasına, bununla bərabər, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir”.
Nazir bildirib ki, vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formaları (88 nömrəli forma) səhiyyə müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron məlumat mübadiləsi sistemi vasitəsilə göndəriləcək. Eyni zamanda, əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri barədə məlumatlar TSEK-lər tərəfindən yeni proqram təminatı vasitəsilə elektron yolla informasiya sisteminə daxil ediləcək: "Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə artıq ehtiyac qalmayacaq. Çünki vətəndaş TSEK-in əlillik təyinatı barədə məlumatı əks etdirən kağız formasında arayışını hansı təşkilata təqdim etməlidirsə, müvafiq məlumat həmin təşkilata elektron yolla göndəriləcək. Yəni əlillik təyin olunması barədə məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla, həm də operativ şəkildə göndərilməsi təmin olunacaq”.
Nazir tibbi-sosial ekspertiza xidməti əməkdaşlarına yeni proqram təminatı ilə işləmək bacarıqlarının aşılanması üçün Bakı şəhərində, respublikanın rayon və şəhərlərində treninqlərin keçirildiyini qeyd edib.
Nazirliyin Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov yeni informasiya sisteminin məzmunu, texniki imkanları, onlardan istifadə qaydaları, məlumat mübadiləsini həyata keçirmək üçün lazımi prosedurlar barədə ətraflı praktik məlumatlar verib.
Tədbirdə qeyd olunan proqram təminatının ilkin versiyasına dair müzakirələr aparılıb, təkliflər verilib. Verilən tapşırıqlara, səslənən təkliflərə uyğun olaraq proqram təminatının təkmilləşdirilməsi işlərinin qısa vaxtda başa çatdırılması və yeni informasiya sisteminin geniş ictimayyətə təqdim olunması nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi