20-05-2014 [13:43]
Avqustun 6-da 35 yaşım tamam olacaq. Bu, qadın üçün az yaş deyil. Ötən illər ərzində həmişə qorxmuşam ki, görəsən, Alim müəllimi bezdirməmişəm ki? Nə vaxtsa onu bezdirə bilərəmmi? Bu sual məni həmişə düşündürüb.
Atam yox, başqa insanla işləsəydim, bir müddət sonra mütləq ondan ayrılardım. Çünki birinci olmaq mənim məqsədimdir. Görün, atamı nə qədər sevirəm ki, heç vaxt ondan qabağa keçmək istəməmişəm. Onun arxasınca addımlamaq mənim ən böyük işığımdır. 17 yaşımdan atamla səhnələrdəyəm. Çox şükür ki, indiyə qədər nə səhnə, nə sənət, nə də yol yoldaşı problemimiz olmayıb.
Atamla biz sanki bir insanıq. Bir insan düşüncəsi, bir insan davranışı, bir insan qayğıları... Allah bizi bu qədər oxşar, bağlı yaradıb. Bir sualı ikimizə də versəniz, eyni cavabı alarsınız. Bu sənətə gəlməsəydim, qızı kimi, sadəcə, onun qayğısına qalacaqdım. Bu adi ata-bala instinkti olacaqdı. Sənət bizi daha möhkəm bağlarla bağlayıb. Axı mən hiss edirəm o haralara gedir, nə tryuklar edir. Bu mənada onu digər övladlarından daha yaxşı duyuram.
Özümü Alim Qasımovun anası hesab edirəm. Onun varlığı mənim üçün o qədər dəyərlidir ki, sanki mənim övladımdır. Onu qorumaq, qayğısına qalmaq istəyirəm. Oxuduğumuz qəzəllərin dərinliyinə varmasaq da, bilirik söhbət nədən gedir. Biz musiqiyə qapılırıq, bütün eşqimizi şeiriyyata yox, muğamata veririk. Qəzəl oxumağı çox sevirəm. Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq və Şəhriyar sevimli şairlərimdəndir. Ramiz Rövşənin "Qara paltarlı qadın” və "Divlərin nəğməsi” şeirlərini muğam kimi ifa edəcəyəm. Şəhriyarın "Qasidi yar”, Nəsiminin "Dünya” qəzəllərinə muğamat üstündə mahnı bəstələdim və bunu bir janr kimi formalaşdırdım. Mahnı bir yanda qalsın, şeir bir yanda, bu düzgün deyil. Ona görə də solo konsertimdə mahnıların içinə müxtəlif qəzəllər, şeirlər əlavə edib, bir obraz yaratmışdım. Şeir yazmıram, görünür, bu sahədə istedadım yoxdur. İstedad olsaydı, istək də olardı.
Son illər musiqi bəstələyirəm, çünki içimdən gəlir. Alim Qasımovun yerdə oturub oxuması İrandan gəlmir, bu, kökə qayıdışdır. O kökdə İran da var, hind də var, türk də. Yerdə oturub göylə əlləşmək çətin deyil. Yer mənə daha yaxındır. Son konsertimdə ayaq üstdə oxumağım əvvəl atamın etirazına səbəb oldu. Sağ olsun ki, sonra seçimimə hörmətlə yanaşdı. Tamaşaçılar da bu yeniliyi müsbət qarşıladı. Atamın musiqisi mənim canımdadır. Hacıbaba Hüseynovu, Rübabə Muradovanı, Yavər Kələntərlini, Mütəllim Mütəllimovu dinləməyi sevirəm.
Türk sənət musiqisini, cazı, roku, özbək mahnılarını mütəmadi dinləyirəm. Yaşıdım olan muğam ifaçılarının ifasından zövq alıram desəm, səmimi olmaz. Mən hələ ki, ilhamımı keçmişlərdən alıram. "Qarabağ ifaçılarında ürək, Şirvan məktəbində savad var” fikri kökündən yanlışdır. Səs Qarabağa, Şəkiyə, Şirvana baxmır, varsa, var, yoxdursa, yoxdur. İstedad həm də zəhmət tələb edir. Səsinə güvənib, bir-iki qəzəl öyrənib kifayətlənmək olmaz. Yaxşı xanəndə olmaq istəyirsənsə, keçənləri dinləməli, qalanlardan dərs almalısan.
Dövlət mükafatları verilsə də, verilməsə də, xanəndə öz mükafatını alır. Əsl mükafat qəlbdə, ürəkdə verilən dəyərdir. Səhnəyə çıxanda mənim bir dərdim olur, o da sənət, qeyri-adi istedad göstərməkdir. Solo konsertim atamdan ayrılmaq cəhdi deyildi, sadəcə, hesabat idi. Biz konsertə bir yerdə hazırlaşmışdıq, son anda atam dedi ki, "sən tək çıx səhnəyə, özünü göstər”. Bu, atamın böyüklüyüdür ki, mənə bu şansı verdi. Ata yox, dədə! Mən ona ata deyə bilmirəm. Həyat yoldaşı seçimində atamla müqayisə aparsaydım, evdə qalardım. Alim Qasımov ideal atadır, ideal oğuldur, amma ideal həyat yoldaşı deyil. Cavan vaxtı çox tələbkar, qısqanc olub, anamı çox incidib. İndi atama baxıram və nə qədər mülayimləşdiyini görürəm.
Əgər mən sənətə həyat yoldaşımın qanunlarını pozub gəlsəydim, günah etmiş olardım. Yoldaşıma bacardığım qədər itaət edirəm, övladlarıma yaxşı ana olmağa çalışıram, sənətimi də unutmuram.
Dini kitabları çox oxuyuram. Çünki qəlb elədir ki, onu bir az başıboş buraxsan, yolunu azar. Qəlbi tərbiyə etmək lazımdır, yoxsa nizam pozular.
Övladlarımın tərbiyəsi məsələsində əsas yük mənim üzərimə düşür. Onlara atalarının adıyla müəyyən hədd qoyuram. Uşaqların dördünün də musiqiyə həvəsi böyükdür. Amma qızlarımın oxumasını, xanəndə olmağını istəməzdim. İstəyirəm oğlum babasının yolunu davam etdirsin, amma heyif ki, uşaqları öyrətməyə hövsələm çatmır. Ailədə ilk dəfə mən namaz qılmışam. Hicabı 11 il əvvəl öz istəyimlə bağlamışam. Hicab mənim qalxanımdır. Avropada beş gündən artıq qala bilmirəm, darıxıram. İşlərim olmasa, Bakıda da qalmaram. Buranın havası, səs-küyü məni çox sıxır…
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib