20-05-2014 [11:38]
Havaların kəskin isti və quraq keçməsi məhsul qıtlığına səbəb ola bilər. Fermerlərin dediyinə görə, havaların birdən-birə istiləşməsi və torpaqda yetərincə nəmliyin olmaması səbəbindən səpilmiş toxum cücərməsi ləngiyir. Bu da nəticə etibarı ilə məhsuldarlığa mənfi təsir göstərir. Belə hallar rayonun əsasən dəmyə ərazilərində əkilmiş taxıl sahələrində müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, havaların quraq keçməsinə baxmayaraq, məhsul qıtlığı gözlənilmir. O,Modern.az-a bildirib ki, mövsümi bitkilərin əkilməsi hələ yeni başlanıldığından onlar üçün heç bir təhlükə yoxdur.
"Havaların isti keçməsi müəyyən qədər bitkilərdə vegetasiya prosesinə müəyyən qədər təsir göstərir. Ümumi götürəndə Azərbaycan özünü meyvə, tərəvəz məhsulları ilə tam təmin edir. Hətta tələbatdan artıq istehsal olunduğundan ixrac da edilir. Bu da onu da deməyə əsasa verir ki, elə bir təhlükə gözlənilmir və ərzaq qıtlığından söhbət gedə bilməz”.
Nazirlik sözçüsü bəzi məhsulların istehsalının artdığını da vurğuladı. Onun sözlərinə görə, qarğıdalı, günəbaxan, çəltik, kartof bitkilərinin əkini artıb. "Düzdür, kənd təsərrüfatı riskli bir sahədir, havadan, iqlimdən çox asılıdır. Hava şəraitindən isə heç nə sığortalanmayıb. Proqnoza görə yağıntılar gözlənilir. Dəmyə bölgəsində taxılçılıqda müəyyən qədər məhsuldarlığa təsir göstərir”.
M. Hacıyev onu da bildirdi ki, kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə bölgələrdə tələbata uyğun məhsulların yığılması ilə bağlı taxılyığan kombaynların və digər kənd təsərrüfatı texnikaları köməklik göstərilməsi məqsədilə rayonlarda işçi qruplar yaradılıb. İşçi qruplarına müvafiq tapşırıqlar verilib ki, yerlərdə fermerlərə taxıl biçinində köməklik etsinlər. Bundan başqa Almaniya və Belçika istehsalı olan kombaynlar gətirilib. Bu il texnika ilə bağlı heç bir problem olmayacaq.
Nazirlik sözçüsünün dediyinə görə, respublikaya gətirilən yeni taxıl yığan kombaynların rayonların tələbatını nəzərə almaqla "Avrolizinq” Açıq Səhmdar Cəmiyyətinin "Aqroservis” filialına vaxtında çatdırılması, eyni zamanda fiziki və hüquqi şəxslərə lizinqə verilməsinə köməklik göstərilməsi məqsədilə operativ işçi qrupları cəlb olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi