Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-06-2023 [00:02]
Qoç - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var. Günün ikinci yarısında alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.
Buğa - emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın.
Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın.
Günün ikinci yarısında maliyyə duyumu sizi aldatmasın. Pullarınızın qədrini bilin. Axşam saatlarında yeni informasiyalar və biliklər əldə edə bilərsiniz.
Əkizlər - məcaralara çox aludə olmayın. Aktiv olun. Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirmək üçün enerjili çalışın. Mühüm məsələlərin həllini ertələməyin. Nə qədər paradoksal olsa da, praktiki psixologiya ilə bağlı məlumatların əldə edilməsi üçün əlverişli zamandır.
Günün ikinci yarısında fiziki işin xeyri var. Saatlar keçdikcə əhvalınız pisləşə bilər. İdmanla məşğul olmaq fikri sizi bədbinləşdirə bilər. Amma irəliləyin, süstlüyə qalib gəlin. Axşam saatlarında gəzinti, açıq havada vaxt keçirmək səhhətiniz üçün xeyirlidir.
Xərçəng - öz işlərinizi yarımçıq qoyaraq başqalarının problemlərinin həllinə çox vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım istəsələr də, məntiqli davranmağı unutmayın. Bir qədər eqoizm maneələr yaratmaz. Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Qayğıkeş, həssas olun. Rəğbət bəslədiyiniz insanla laqeyd davranmayın.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Özünüzə əmin olmasanız, rəqiblər astagəllik və tərəddünüzdən mütləq yararlanacaqlar. Axşam saatlarını dostlarla keçirin. İstirahət edin, əylənin. Kulinar eksperimentlər uğurlu olacaq.
Şir - rəğbət bəslədiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyətdə sərinliyə yol verməyin. Onları diqqətlə dinləyin, nə istədiklərini anlamağa çalışın. Rəqiblər və ya düşmənlərlə münasibətlərdə təmkinli, ağıllı olun. Emosional davranış yalnız zərər verə bilər. Üstünlüklərinizi hisslərə qurban verməyin.
Günün ikinci yarısında ideyalarınızı təxirə salmadan reallaşdırın. Yaradıcılıq potensialınız yüksəkdir. Gözəlliyə can atın. Yaşamınızda dəyişikliklər etmək istəyirsinizsə, əlverişli zamandır. Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
Qız - uğurun sirri yaxın ətrafınızdakı insanlarla dil tapmaqdadır. Çalışdığınız, birgə fəaliyyətdə olduğunuz insanları aqressiv münasibətlə incitməyin. Rəqiblərdən birini müttəfiqə döndərə bilərsiniz. Ailədəki münaqişəni həll etməyə, yaxınlarınızla ünsiyyətinizdəki problemləri həll etməyə çalışın. Günün ikinci yarısında yaxşı xəbər alacaqsınız. Bu məlumata bütün ailə sevinəcək. Qısamüddətli səfərlər və ya romantik görüşlər üçün əlverişli zamandır. Kommersiya fəaliyyətində irəliləyiş olacaq. Alış-verişdə bədxərclik etməyin.
Tərəzi - günün ilk yarısında mühüm və ya mürəkkəb işə başlamayın. Planlardan kənara çıxmayın, nəzərdə tutduğunuz işi yerinə yetirin. Fiziki və mənəvi resursları bərpa edin. Yaşam potensialının səviyyəsi artır. Enerji axınını hiss edəcəksiniz.
Günün ikinci yarısında yeni layihə və ya işə başlamaq olar.
Qeyri-formal şəraitdə xoş görüş üçün münasib zamandır. Çoxdan bəri görmədiyiniz dostlar və ya tanışlarla görüşə bilərsiniz. Bir zamanlar romantik əlaqədə olduğunuz insanla münasibəti bərpa edə bilərsiniz.
Əqrəb - birmənalı olmayan gündür. Çoxlu görüşlər olacaq. Təmaslar arasında əsla sevmədiyiniz, hətta nifrət etdiyiniz insanlarla ünsiyyət olacaq. Neqativ emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizin əsiri olmayın.
Günün ikinci yarısında ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq. Kəskin məqamları aradan qaldırın, naqolay situasiyalardan çıxın. Kosmetik prosedurlar üçün axşam saatları əlverişlidir. Normal istirahət etməyə çalışın. Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın.
Oxatan - günün ilk yarısı uğurlu olacaq. Daha çox iş görmək üçün səhər saatlarından aktiv çalışmağa başlayın. Qəfil, amma xoş vizitlər ola bilər. Arzuladığınız məkana və ya tədbirə dəvət aba bilərsiniz. Zahiri görünüşünüzün yaxşı olmasına çalışın. Günün ikinci yarısında mənfi emosiyaların təsiri güclənəcək. Psixoloji diskomfort hissi yaranacaq. Nigarançılıq, təlaş, narahatlıq ola bilər. Kiçik problemlərə kəskin reaksiya verməyin. Ən cüzi nöqsanlar sizi təbdən çıxarmasın.
Axşam saatlarında əhvalınız yüksələcək.
Oğlaq - çətin və təbəddülatlı gündür. Şərtlər o qədər də əlverişli deyil. Situasiyaya süni təkan verməyin, hadisələrin məcrasını dəyişməyə can atmayın. Yeni ideyalar var. Onlardan bəzilərinin reallaşması sizə yaxşı pul qazanmaq imkanı yaradacaq.
Günün ikinci yarısında işlərinizdə irəliləyişə nail olmaq üçün yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz. Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Təxəyyülünüzü işə salın. Sevdiyiniz insanı sevindirin.
Dolça - maraqlarınızı müdafiə edin. Azacıq təsirdən sonra geri çəkilməyin, məğlubiyyətə meylli olmayın. Mövqelərinizi sonadək müdafiə etsəniz, yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız. Fəqət ifrata varmayın. Ehtiyac yaranan zaman güzəştə getməyi bacarın. Bu gün sizinlə manipulyasiya etməyə çalışan adamlar var. Başqalarının məqsəd və istəklərinin oyuncağına çevrilməyin.
Günün ikinci yarısında özünüzə əmin davranın. Yaxşı əhval-ruhiyyə və nikbinlik mövqelərinizi daha da gücləndirə bilər. Yeni tanışlarla səmimi davranın. Axşam saatlarında yaxşı təkliflər alacaqsınız.
Balıqlar - sakit, hətta bir qədər darıxdırıcı gündür. Hadisələr çox ləng cərəyan edir. Olayların ritmini bir qədər artırmaq cəhdləriniz uğursuzluğa düçar olacaq. Bu günə təyin etdiyiniz görüşlərin bəziləri təxirə salınacaq. Narahat olmayın. Yaşananlar mühüm işlərin gedişatına təsir etməyəcək.
Günün ikinci yarısında təşkilati məsələlərin axarına kənar təsirlərə və müdaxilələrə imkan verməyin. Öhdəsindən təkbaşına, müstəqil şəkildə gələ biləcəyiniz işlə məşğul olun. Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Uzaq yoldan imtina edin.
Milli.Az
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
AFFA hesabat verir - VİDEO
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA