Suraxanıda tender verilən şirkət 3 il qanunsuz fəaliyyət göstərib? - İki ildə 76 müqavilə...
25-05-2023 [14:50]
Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) müxtəlif təyinatlı hissələrin satın alınması ilə bağlı tenderə yekun vurub.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Koneks Construction” MMC seçilib. Tərəflər artasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 139.922,04 AZN təşkil edir.
Tenderin şərtlərindən məlum olur ki, MKTB avtoşin, akkumlyator və bu kimi maşın hissələri alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Bundan əvvəl şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşib. Açıq mənbələrdə Mehdi Fərzəliyev və şirkət barəsində hər hansı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elktron portalında yerləşən məlumatlardan aydın olur ki, barəsində heç bir məlumat olmayan şirkət 2021-2023 illər ərzində 76 satınalma müqaviləsi imzalayıb.
Müqavilələrdən aydın olur ki, "Koneks Construction” MMC geyim, zibil konteynerləri, dəftərxana ləvazimatları, odun və bu kimi mütxəlkif təyinatlı malların satışını həyata keçirməklə yanaşı, tikinti işləri də görür. Fəaliyyət sferası bu qədər geniş olan və tenderlərdə fəal iştirak edən belə bir şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var.
MMC-nin yaranma tarixi da ziddiyyətlidir. Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən ildən tikinti sektorunda fəaliyyət göstərir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Bu o deməkdir ki, şirkət 3 il vergi uçotuna dayanmadan fəaliyyət göstərib. Yox əgər, elə 2019-cu ildə təsis edilibsə, o zaman 3 il əvvəl necə fəaliyyət göstərib? Belə qənaət yaranır ki, "Koneks Construction” MMC özü haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş dosye tərtib edib.
Suraxanı MKTB Suraxanı Rayon İcra Hakimiyyətinə tabeli qurumdur. Suraxanının icra başçısı Əziz Əzizovdur. O, 2019-cu ildən bu vəzifədədir. Əzizov Əzizov 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə isə Ysamalın icra başçısı vəzifəsində çalışıb.
MİA.AZ
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib