Metropoliten rəhbəri idarə rəislərini küncə sıxır, Qərib Dadaşovun başı dərddə

img

05-05-2014 [12:29]


Məlum olduğu kimi, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Ölkə başçısının məlum sərəncamından sonra metro sektorunda çox ciddi dəyişikliklərə start verildi. Xüsusən də, ard-arda kadr dəyişikliklərinin edilməsi, bu sistemdə "vurulanların” sayının daha da çoxalacağı şübhəsizdir.

Yaxın günlərdə "Bakı Metropoliteni” QSC-nin bütün strukturlarında-istər keçmiş Bakı Metropolitenində, istərsə də, keçmiş "Azərtunelmetrotikinti” ASC-də-ciddi yoxlamalara başlanacağı gözlənilir. Bu yoxlamalardan vəzifə sahiblərinin ən yaxşı halda işdən kənarlaşmaqla cəzalanacağı gözlənilir. Əslində, quruma sədr təyin olunan Zaur Hüseynov elə mətbuata ilk açıqlamasında da kadr dəyişikliyinin anonsunu vermişdi. Ona görə də metropolitendə bundan sonra kard dəyişikliklərinin olacağı mütləqdir.

Qeyd edək ki, "Azərtunelmetrotikinti” heç də xırda təşkilat deyil-Tunel Tikinti İdarələri, Mexanizasiya Müəssisəsi, Təchizat İdarəsi və s böyük vəsaitlərin dövr etdiyi bir qurumdur. Bu səbəbdən də yeni sədr Zaur Hüseynovun "Azərtunelmetrotikinti”yə daha çox diqqət ayıracağı gözləniləndir. Artıq sədrin ilkin araşdırmaya başladığı da bildirilir. Aldığımız məlumata görə, Z.Hüseynov "Azərtunelmetrotikinti”nin idarə rəisləri barədə dosye toplayır. Sözügedən qurumun idarə rəsilərindən biri olan Qərib Dadaşovla bağlı da araşdırmanın aparıldığı söylənilir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Qərib Dadaşov ictimaiyyətdə o qədər tanınmasa da, böyük imkanlara malikdir: "Mənim bildiyimə görə, onun Bakıda, Sumqayıtda, Quba-Qusar bölgəsində və digər yerlərdə dəyəri milyonlarla manatla ölşülən mülkləri, obyektləri var. Hazırda Zaur Hüseynova onun varidatı barədə tam məlumat verilməyib. Hələlik, onun sahibi olduğu, amma Tofiq adlı bir yaxını tərəfindən idarə olunan Sumqayıtdakı Nur şadlıq evi, oğluna məxsuzu axtomobil təmiri servisi barədə məlumatlar sədrə ötürülüb. Amma hazırda Qərib müəllim mümkün qədər mal varlığını gizlətməyə çalışsa da, barəsində araşdırma aparan qrupda demək olar ki, bütün obyektlərinin, mülklərini fotoları, qiymətlərini əks etdirən sənədlər toplanıb”.

Qeyd edək ki, idrə rəisinin mülkləri, obyektlərinin siyahısı, fotoları, qiymətləri ilə bağlı araşdırma aparır. Araşdırma başa çatandan sonra, oxucularımızı məlumatlandıracağıq.

Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA