18-05-2014 [02:15]
Baş Dövlət Yol Polisi İdarəsində «zerkalno» dövlət nömrə nişanları haqqında cəmiyyətdə dolaşan fikirlər öz təsdiqini tapmaqadır.
Mia.az jam.az-a istinadən xəbər verir ki, general Ramiz Zeynalovun rəhbərlik etdiyi qurumda bu işə idarənin şöbə rəisi Müşfiq Rəhimov nəzarət edir: «Onun əlindəki cüt nömrələr, hətta məmur
uşaqlarını da ona ağız açmağa vadar edir. Təbii ki, hər nömrənin də öz qiyməti
var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 25 min manata qədər dəyişəndir».
Sayta müraciət edən 28 il polis orqanlarında
qüsursuz çalışmış Balakişi Hüseynov şəxsi maşınına nömrə almaq istədiyini, amma
ondan külli miqdarda pul tələb olunduğunu deyib. O bildirib ki, 99-999 dövlət
nömrə nişanını almaq üçün BDYPİ-yə müraciət edib. Lakin oradan keçmiş polis
işçisinə bildiriblər ki, onlarda 99-999 dövlət nömrə nişanı qalmayıb və bu
səbəbdən də heç bir yardım edə bilməyəcəklər.
Bu deyilənlərə inanmaq istəyən Balakişi
Hüseynov ona deyilən sözün ardından 5 dəqiqə keçməmiş təklifi eşidəndə isə şoka
düşüb. Belə ki, keçmiş polis işçisinə keçmiş həmkarları Müşfiq Rəhimovun
adından xəbər çatdırıblar ki, əgər qeyd olunan dövlət nömrə nişanını almaq
istəyirsə, ona hörmət əlaməti olaraq bunu 10 min manata təşkil edə bilərlər.
BDYPİ-nin şöbə rəisi M.Rəhimovla görüşmək
üçün dəfələrlə can atdığını, lakin buna nail olmadığını bildirən B.Hüseynov
qeyd edir ki, baş verən özbaşınalıq və qanunsuzluqdan dolayı Prezident əvə
Daxili İşlər naziri Ramil Usubova müraciət edəcək. İlkin olaraq mətbuat
vasitəsi ilə DİN başçısı Ramil Usubova müraciət edən keçmiş polis işçisi
bildirib: «Cənab nazir, 28 il bu dövlətə qüsursuz xidmət etmişəm. İndiyə qədər
bir dəfə də olsun, hansısa nömrə və ya başqa bir məqsədlə BDYPİ-yə müraciət
etməmişəm. Sonuncu dəfə 99-999 dövlət nömrə nişanını almaq üçün müraciətdə
bulundum, lakin Müşfiq Rəhimovun rəhbəri olduğu şöbədə mənə bildirdilər ki,
bunun üçün 10 min manat pul lazımdır. Mən sizdən artıq dərəcədə xahiş edirəm,
həm bu məsələni araşdırıb tədbir görəsiniz, həm də mənim avtomobilimin
arzuladığım dövlət nömrə nişanı ilə təmin olunmasına yardımçı olasınız».
Qarşı tərəfin də mövqeyini dərc etməyə
hazırıq.
***
Mia.az xəbər verir ki, M.Rəhimov uzun illərdir DYP-də nömrə və qeydiyyat işlərinə baxıb. Bir neçə ildir ki, general Ramiz Zeynalov ona etimadının sonsuz olduğunu təsdiqləyərək, şöbə rəisi təyin edib. Əslən Lənkərandan olan Müşviq Rəhimovun DYP-dəki yüksəlişinin əsl səbəbi və onun orada nədən yüksək səviyyədə himayə edilməsi haqda Mia.az-a olduqca maraqlı faktlar daxil olub. İş o yerə çatıb ki, şəxsən Ramiz Zeynalov bir neçə dəfə onu böyük təhlükələrdən xilas edib. Bu və ya digər məlumatlarla bağlı Mia.az-ın araşdırmaları olacaq!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi