17-05-2014 [14:09]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin «Bakcell» şirkətinə qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə nöqtə qoyulub.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, may ayının 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə «Azetelekom" İB-nin "Bakcell LTD” MMC-yə qarşı dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətinə baxılıb: «Hakim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsini qismən ləğv etməklə yanaşı, hər iki tərəfin qarşılıqlı şikayətlərini də rədd edib. Birinci məhkəmə instansiyasının qətnaməsinin qalan hissəsi isə dəyişdirilmədən saxlanılıb. Yəni bu o deməkdir ki, «Bakcell» «Aztelekom»a borcunu ödəyəcək. Lakin dəbbə borcu ilə bağlı iddia təmin edilməyib».
Məlumatda o da bildirilir ki, «Aztelekom» İstehsalat Birliyinin rəhbərliyi hakim Cahangir Yusifovun qətnaməsindən razı deyillər: «Birlik çox böyük ehtimalla Ali Məhkəməyə şikayət edəcək».
Xatırladaq ki, analoji şikayət "Azərfon” MMC-yə qarşı da var. «Aztelekom» İB «Azərfon»u da (Nar Mobile) eyni hal üzrə ittiham edərək, məhkəməyə verib.
Mia.-ın məlumatına görə, «Azərfon»a qarşı borc və vurulmuş zərərin ödənilməsiylə məqsədiylə "Aztelekom” tərəfindən verilmiş şikayət hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun icraatındadır: «Rabitə qurumunun «Azərfon»a qarşı şikayətinə may ayının 22-də hakim Həmid Həmidovun sədrliyi ilə baxılacaq».
Xatırladaq ki, daxil olan məlumatlarda hər iki şirkətə qarşı məhkəmə iddiası qaldırıldığı bildirilir. Məlumatda o da bildirilir ki, hər iki şirkətin «Aztelekom»a borcu ölkədaxili və beynəlxalq danışıqlar zamanı birliyin ötürücülərindən istifadəyə görə qanunla nəzərdə tutulmuş ödəmələri bu günədək həyata keçirməmələrindən yaranıb: «Sözügedən şirkətlərin abunəçilərinin danışıqları «Aztelekom»un nəzarətində olan ötürücü stansiyalar tərəfindən həyata keçirilir. Müqaviləyə əsasən, bu zaman hər danışıq dəqiqəsinə görə birliyə pul ödənilir. Həm «Azərfon», həm də «Bakcell» isə bu pulu ödəməkdən yayınırlar. Ona görə də məhkəmə mübahisəsi ortaya çıxıb».
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi