Mənə xox gəlməyin...
21-05-2023 [09:41]
Aqşin YENİSEY
***
Demək, silaha sarılıb sovet hökuməti ilə döyüşən bir Azərbaycan bəyinin bioqrafiyasını oxuyuram. Bəy bolşeviklərlə ona görə döyüşmür ki, vətəni işğal təhlükəsi ilə qarşılaşıb, ona görə döyüşür ki, şəxsi mülkiyyətini itirmək qorxusu ilə üzləşib.
Ümumiyyətlə, Azərbaycanda bəylik institutu çar Rusiyasının xanlıqların yerində yaratdığı idarəetmə forması idi; rus çar xanları öldürüb, onların tabeliyində olan bəyləri qorumuşdu. Sovet Rusiyası bəyləri öldürüb onların tabeliyində olanlardan kolxoz sədrləri yaratdı. İdarəetmənin heç bir halda fəlsəfəsi dəyişmədi, xalqın belində şaqqıldayan qamçı, sadəcə, əldən-ələ ötürüldü. Xan, bəy və kolxoz sədri vətən və millət dedikdə mülkiyyətində olan ərazi və əhalini nəzərdə tuturdu. Milli dövlətçilik ideologiyası zəif olan xalqlar hələ də belə düşünürlər.
Mən alayı şeydən danışmaq istəyirdim. Demək, bu bəy mülkiyyətində olan kəndlərin birində yeniyetmə bir qıza aşiq olur. “Aşiq olur” sözünə aldanmayın, kişini otuz yaşından sonra “aşiq” edən şey incə qəlbi deyil, adının eşq əfsanələrində çəkilməsini istəməyən daha bazburutlu bir orqanıdır. Məcnun irfan fəlsəfəsinin Füzulinin dəlləkliyi ilə axtaladığı cahil idi; irfanın bəhrələndiyi vəhdəti-vücud praktikasında məcnunun erkək və dişisi olmur.
Nəsə, bu bəy qıza elçi göndərir, atası qızı verməkdən imtina edir. Daha sonra bəy nota göndərir: elə eləmə ki, adamlarımı göndərim qızı zorla gətirsinlər. Ata qorxub qızını özündən də yaşlı olan bəyə verir. Ümumiyyətlə, Şərqdə ən çox bakirə qızlar qorxu mühitinin qurbanı olurdular. Bunun kökü bakirə qızların tanrılara qurban edildiyi qədim dövrlərə gedib çıxır. Xəlifələrin, sultanların, şahların hərəmxanaları, əsasən, qorxuya qurban edilmiş qız-gəlinlərdən ibarət olurdu. Məsələn, bizim Nadir şah Qureyş qalasının üstünə gedəndə bölgə rəislərindən biri öz qızını ona hədiyyə edir. Nadir də qızı başqa bir adamına verir. Kişilərin növbə ilə bir-birinə ötürdüyü qız axırda dəli olur. İndiki dövr olsaydı barı feminist olardı.
Sözümün canı nədir səhərin gözü aşılmamış? Bu cür “Məşədi İbad və Gülnaz” olayı Qərbdə də yaşanır. Tez-tez mediada Qərbdə baş tutan hansısa məşhur, yaxud varlı bir qoca ilə gənc bir xanımın evlilik görüntüləri yayımlanır. Amma bu münasibətlər Qərbdə qorxu üzərindən deyil, könüllü seçim üzərindən qurulur. Çünki işin içində sosial münasibətləri tənzimləyən bir fəlsəfə var. Şərqdə hələ də fəlsəfə allah və insan arasında münasibətlərin giriftarıdır. O kəslərin münsaibətlərini tənzimləməyə çalışır ki, onlar – allah və insan – heç vaxt gerçək münasibətlərdə üz-üzə gəlmirlər. İnsanın allahla munasibət yaratması üçün mütləq gerçəklikdən uzaqlaşması lazımdır, Məcnun kimi. Söhbət təkcə cinsi münasibətləri tənzimləyən fəlsəfənin yoxluğundan getmir. Şərqdə, ümumiyyətlə, gerçəkliyin fəlsəfəsi yoxdur, olmayıb.
Məsələn, hüquq var, amma hüququn fəlsəfəsi yoxdur, təhsil var, təhsilin fəlsəfəsi yoxdur, tibb var, tibbin fəlsəfəsi yoxdur, media var, media fəlsəfəsi yoxdur və s.
Fəlsəfənin praktikaya tətbiq edilmədiyi, hətta onun praktik önəminin danıldığı coğrafiyada o bəy əsəbləşib qızı ilə birlikdə atasını da almayıbsa, min şükür!
Həmişə olduğu kimi, yenə mənə Əl-Fərabi, İbn Sina, İbn Xaldun ilə xox gəlməyin, biz Fərabini, Sinanı, Xaldunu seçmədik, İbn Ərəbini, Qəzzalini, Rumini seçdik.
Bizi yerdən ayırıb göyə bağlayanları.
MIA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər