Nazirlik dövlət nəzarətinı gücləndirdi - Yoxlama

img

15-05-2014 [11:27]


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin aprel ayında müəsissələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərini davam etdirib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, dövlət nəzarəti zamanı 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb ki, bu rəqəm ötən ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 9 dəfə çoxdur. Həmin hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələrin 52,6 faizi (196 922 manat) dövlət büdcəsinə ödənilib ki, bu da  ötən ilin aprel ayında ödənilən məbləğlə müqayisədə 36 dəfədən də çoxdur.


Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi vətəndaşların əmək hüquqlarının təminatı, həmçinin iş yerlərində onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına yönəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA