İraq Təmsilçilər Məclisi İnsan Haqları Komissiyası başqanı Mia.az-a danışdı: "Əgər onların ad və soyadları bizə verilsə..."
02-05-2023 [17:28]
Bu günlərdə Azərbaycanın sosial şəbəkədə İraqın qadın həbsxanasından reportaj paylaşılıb.
Mia.az xəbər verir ki, İraqın həbsxanalarında cəza çəkən qadınlar arasında azərbaycanlıar da var.
Yayılan məlumata görə, İraq qadın həbsxanalarındakı azərbaycanlı qadınlar vaxtı ilə həyat yoldaşları ilə bərabər İŞİD terror təşkilatının sıralarında müxtəlif döyüşlərdə iştirak ediblər.
İŞİD terror təşkilatı məhv edildikdən sonra İraq Hərbi məhkəməsi tərəfindən kişi terrorçular edam olunub, onların qadınlarına isə müxtəlif cəzalar kəsilərək həbsxanalara göndərilib.
Məsələ ilə əlaqədar olaraq İraq Təmsilçilər Məclisi İnsan Haqları Komissiyası Başqanı, Kərkük Millət Vəkili Ərşad Salehi ilə Mia.az-a açıqlama verib.
Ərşad Salehinin açıqlamasına görə, İraq savaşı sona çatandan dərhal sonra İraq xalqı müharibənin vurduğu yaraları sağaltmağa çalışıb: "Təbii ki, İlk sırada İŞİD terrorçuları məhkəməyə çəkildi. Bütün ölkələrdən bölgəmizə gələn İŞİD "könüllüləri"ndən kişiləri edam edildi, qadınlar isə məhkəməyə çəkildi. Uzun araşdırmalardan sonra təqsirləri subuta yetirilən qadınların bəziləri edam hökmü ilə cəzalandı, bəziləri isə ömürlük həbsə məhkum olunub. O qadınların arasında 1000-ə yaxın Azərbaycan və Türkiyə vətəndaşı olan qadınlar da var".
Millət vəkili Mia.az-a deyib ki, bir il əvvəl Azərbaycan səfirliyi və diğər qurumların köməyi ilə azərbaycanlı qadınların həbsxanada dünyaya gətirdiyi 200 uşaq Azərbaycan dövləti tərəfindən ölkənizə aparılıb: "Həbsxanada qalan qadınlara gəldikdə isə, onların hamısının əli İraq xalqının qanına batıb. İraqda müharibə zamanı şəhid olmuş, yaralanmış ailələrin İŞİD qadınlarına qarşı qəzəbi böyükdür. Onlar həbsdəki qadınların azad olunmasına qarşıdırlar. O qadınlar hər hansı səbəblə həbsxanadan azad olarlarsa, İraq xalqı buna çox kəskin şəkildə etiraz edər".
Daha sonra Ərşad Salihi bildirib ki, əgər Azərbaycan tərəfi İraq həbsxanalarında saxlanılan azərbaycanlı qadınların ad və soyadlarını ona verərsə, bu məsələni nəzarətə götürərlər: "Biz komissiya yaradaraq təkrar onların cinayət işlərini araşdıra bilərik".
Samir
MİA.AZ
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir