Fərid faciəsi...
02-05-2023 [09:35]
Zülfiyyə Mustafayeva
***
Bu idmançıların əksəriyyətinin başının bir hissəsi işləmir. Əlbəyaxa, xüsusilə agır döyüş növləri ilə məşgul olanlar bir ayrı təsnifatdı. Çoxu zamanla vəhşiləşir. Onlar nəinki idman zalında, heç evdə, camaat arasında da özünü apara bilmir. Əsəbi, danışıgını, sözünü bilməyən, savadsız, öz dilində yaza bilməyən bir axmaq dəstəyə çevrilirlər.
Mən əlində siqaret uşaqlara idman dərsi keçən məktəb müəllimləri görmüşəm.
Qız idmançılara “girişən” kişi məşqçilər görmüşəm.
Anasını-atasını, arvadını, uşagını döyüb öldürən idmançılar görmüşəm.
Siz də görürsünüz. Yarışda bıçaqlanan 16 yaşlı Turanın hələ qanı yerdə qalıb. Dünən də idman zalında 7 yaşlı uşagı işgəncə ilə öldürüblər.
Deyəcəksiniz ki, bu ölkədə hər gün kimisə öldürürlər. İdmanla nə əlaqə? Deyim: cünki idman saglamlıq, pis vərdişlərdən uzaq olmaqdı əslində. İdman gözəlllikdi, özünü ifadə etməkdi, qorumaqdı, bədənlə ruhun ahəngini yaratmaqdı əslində.
Bizim bəzi başı travmalı idmançılar isə karyeranı başa vurar-vurmaz, zala girib məşqçi olurlar. Onların idmanın gözəlliyindən anlayışı yoxdu. Nə olur olsun, beynəlxalq yarışlara uşaq çıxarıb ad qazanmaq istəyirlər.
Bu məşqçilərin psixoloji vəziyyətini yoxlayan da yoxdu. Niyə? Məktəbdə dərs deyən müəllimi az qala “feys kontrol”dan keçirirsiniz. Bəs zalda uşaqları təpiyinin altına salan məşqçiləri kim yoxlayacaq?
İdmanda sərtlik, intizam, gərgin məşqlər var, əlbəttə. Əlillik dərəcəsinə çatan travmalar da var. Xüsusilə indi müasir idman standartları çox amansız şəkildə, sürətlə dəyişdiyi üçün idmançıların rekord qazanmaq yaşı da il-ildən azalır. 10-15 il bundan əvvəl 20-22 yaşlı idmançıların qazandıgı nəticələri indi 13-14 yaşlı idmançılar göstərir. Faciədi. 13-14 yaşında rekordu yeniləmək üçün idman zalına 3 yaşında girməlisən. 18 yaşında da artıq əlil vəziyyətdə karyeranı başa vurursan. Bunu biz rus konkisürənlərinin timsalında gördük. 13-14 yaşında dünya rekordu vuran qızlar artıq karyerasını başa vurub və agır travmaları müalicə edirlər. 3-4 yaşında məşq zamanı trenerlərin vəhşiliklərindən də indi danışırlar.
Mən Sumqayıtda cüdo müəlimi deyilən adamın hərəkətlərinə dair kamera görüntüsünə zorla baxdım. Baxdıqca söydüm.
Tutaq ki, biz kişi yetişdiririk, ya nə bilim daha nələr. Siz diqqətlə baxın, orada kişilik dərsi, idman dərsi, məşq deyilən nəsə varmı? Yoxdu. Heç müəllim də yoxdu. Orada bir zombi var, ortada cövlan edir. Məni şoka salan uşaqlar oldu. Nə qədər rahat reaksiya verirlər. Deməli, adi haldı bunlar. Hələ ətrafdakıları demirəm.
Ümumiyyətlə, mənə biri desin ki, 7 yaşlı uşagı agır idman növünə qəbul etmək nə dərəcədə dogrudu? Ola bilər, gimnastika, üzgüçülüyə kiçik yaşlardan yönəltmək mümkündü. Amma 6-7 yaşlı uşaqları hansı agılla məşqçilər cüdo, sambo, güləş, karate, boks və bu kimi agır idman sahəsinə cəlb edirlər? Siz bir baxın, idman məşq elanlarına, 6-7 yaşlı uşaqları dəvət edirlər hər yerdə. Bu zalları və həmin məşqçiləri mütləq araşdırmaq lazımdı. Bu arada Cüdo Federasiyası da açıqlama verib, məlum olub ki, Mehman deyilən adam heç cüdo müəllimi-filan deyilmiş, hansısa zalda, hansısa başqa idmanın müəllimliyini edirmiş. Həmişə oldugu kimi, federasiyalar belə məsələlərdə vaxtında aradan çıxmagı bacarırlar.
Dünən uşagın işini malalamaga çalışıblar. Guya məşq zamanı olub-filan. Hələ uşagın ailəsini də inandırıblar buna. Agsaqqalları, hacıları yıgıb barışıga gediblər uşagın ailəsinin evinə. Nə vəhşi adamlar var dünyada. O barışıga gedənlərin balalarının başına gəlsin Fəridin müsibəti! Yaxşı ki, kamera görüntüləri varmış. Uşagın babası indi ayılıb. O görüntülərə baxandan sonra deyib ki, mənimlə heç kimsə barışıq edə bilməz.
Biz 16 yaşlı Turanın faciəsini unutmadıq. Hələ məhkəmənin nəyicəsini gözləyirik. O gün getmişdim. Turanın qohumlarının fəryadına qulaq asa bilmədim. Uşagı öldürən Səfixanov da yaxşı kökəlib. Qarın baglayıb. Qoçu kimi yellənə-yellənə gərdiş edir. Nə deyim? Əvvəllər içəridə kişilər vardı, belələrinin əyninə hamam xalatı geyindirib göndərirdilər məhkəməyə.
Belə çıxır, indi türmələrdə daha o kişilər qalmayıb. Ölənlər ölüb, onların da yerində deyəsən, dovşanlar oturub.
Türməyə gedən olsa, sözümü çatdırsınlar içəriyə.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər