YALAN DÜNYA (III yazı)
01-05-2023 [14:14]
Qalib ARİF
***
Bəli, hazırda dünyada o qədər əfsanələr və həqiqətə bənzər yalanlar dolaşır ki, arada sərhəd itir, həqiqətin harda qurtarıb, yalanın, şayiənin harda başlandığını bilmək olmur. Əfsanələr haqqında I və II yazıda (bax: aşağıda) məlumat vermişdik. İndi isə, həqiqətə bənzər yalanlar haqqında...
Məsələn, Dünya əhalisinin, az qala üçdən biri siqaret çəkir, bunun da üçdən biri yaxşı siqaret çəkir. Hazırda bu hardasa gündə 1-2 milyard, ildə 500 milyard qutu siqaret deməkdir. Alimlər hesablayıblar ki, əgər Yer kürəsinin bütün münbit torpaqlarında tütün əkilsəydi belə, bu qədər siqaret istehsal etmək olmazdı. Deməli, dünyada istehsal edilən siqaretlərin, ən azı yarısı tütündən yox, başqa bir zaddan hazırlanır. Molla demiş, bu pişikdirsə, ət hanı, ətdirsə, pişik hanı?!
Eyni sözləri dünya əhalisinin, az qala yarısının içdiyi şərab və pivə haqqında da demək olar. Əgər Yer kürəsinin bütün münbit torpaqlarında üzüm və arpa əkilsəydi, yenə bu qədər şərab və pivə istehsal etmək olmazdı. Belə çıxır ki, dünya əhalisinin içdiyi şərabın da, pivənin də, çəkdiyi siqaret kimi, yarısı təbii yolla əldə edilmir, adi (yəni zərərli) kimyavi maddələrdir. Xahiş edirəm, siqaret çəkənlər də, şərab, pivə içənlər də bunu nəzərə alsınlar. Mərhum Leonid Brejnev demişkən, adam siqaret çəkməz, çaxır içməz, içəndə də təmiz araq içər...
Nəhayət tamaşaçıları (pardon, oxucuları) intizarda qoymayım, keçim doğma Vətənimizə. Siqaret və şərab haqqında dediklərim təbii ki, bizim Azərbaycana da aiddir. Amma diqqəti kölgədə qalan məsələlərə yönəltmək istəyirəm. Gənclik illərimdə Gədəbəydə bir neçə il işləmişəm, rayonun təbiətinə yaxından bələdəm. Gədəbəydə 5-6 kiçik dağ çayı axır, bütün sularını yığsaq, heç gəlib Gəncəyə çatmaz. Amma Bakıda hara baxırsan, “Slavyanka” suyu görürsən. Eyni sözləri “Damla” (Qazax) və “Şahdağ” (Quba) suları haqqında da demək olar. Və günün sualı yaranır: BU SULAR HARDAN QABLANIR?!
Daha bariz bir misal. Hamı bilir ki, İsmayıllı rayonunda yerli malakanların yaşadığı “İvanovka” kolxozu var və bu kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir. Bakının mərkəzində, Nizami küçəsində bu kolxozun samballı bir mağazası da vardı, əsasən də süd məhsulları satardı. Artıq 5 ildən çoxdur ki, “İvanovka” kolxozu bankrot olub, həmin mağazanı da satıb. Amma Bakıda hansı böyük marketə girirsən, “İsmayıllı”, “İvanovka” brendli süd məhsullarını görürsən. Günün sualı yenə yaranır: BU MƏHSULLAR HARDAN QABLANIR?!
Dostlar, sizi yormaq istəmirəm, sadəcə demək istəyirəm ki, Dünya yaman Dünyadı, hər addımda yalan Dünyadı...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər