"BUNU DEPUTATLIĞA NAMİZƏD EDƏCƏKDİM" - "BU, BİZİM QIZIMIZDIR" - Əliyevlə Ərdoğanın jurnalistlə maraqlı söhbəti + VİDEO/FOTO (Yenilənib)
29-04-2023 [19:00]
Azərbaycanda da yaxşı tanınan "CNN Türk"ün əməkdaşı Fülya Öztürk Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla maraqlı söhbət edb.
Mia.az xəbər verir ki, İstanbuld keçirilən "Teknofest"dən canlı yayım edən jurnalist Fulya Öztürk "Togg"u idarə edən Prezident İlham Əliyevə yaxınlaşaraq ""Togg"la yürüş ütmək necə bir hissdir?", - deyə sual verib.
İlham Əliyev "gözəl" dedikdən sonra Ərdoğan söhbətə müdaxilə edib və Əliyevdən "Tanıyırsınızmı bunu", - deyə soruşub.
Bu zaman Ərdoğan İlham Əliyevə Fülya Öztürkü işarə edərək "bunu deputatlığa namizəd edəcəkdim, yoxa çıxdı..." deyib.
Jurnalist daha sonra Ərdoğandan səhhətini soruşub: "Əlayam".
Prezident İlham Əliyev Fülyanın 44 günlük Qarabağ savaşında Azərbaycanın haqq səsinə verdiyi dəstəyi xatırladıb: "O, bizimlə ağladı, bizimlə sevindi. Bu, qız bizim qızımızdır”.
Həmin anları aşağıdakı videodan izləyə bilərsiniz:
****
“TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan “CNN Türk” televiziyasının müxbiri Fulya Öztürkün suallarını cavablandırıblar.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev müsahibədə deyib: Çox xoşbəxtəm ki, qardaşımın yanındayam, burada da olmalıyam. Bu gözəl, möhtəşəm bayramı bərabər qeyd etdik, təbriklərimizi çatdırdıq. Mən söylədim ki, bu il artıq üçüncü dəfədir Türkiyədəyəm. İndi növbə qardaşımındır. İnşallah, seçkilərdən sonra onu Azərbaycanda gözləyirik.
Fülya Öztürk: Mehriban xanım da buradadır. Salam, necəsiniz?
Mehriban xanım Əliyeva: Salam, sağ olun. Çox qürur duyuruq.
Əminə xanım Ərdoğan: Bu xoş günü birlikdə qeyd edirik və buna görə çox təşəkkür edirik. Bu xoş günümüzdə bizimlə olduqlarına və zəlzələ zonasında etdikləri yardımlara görə sonsuz təşəkkürlərimizi bildiririk.
Mehriban xanım Əliyeva: Sağ olun. Çox böyük qürur duyuruq.
Fulya Öztürk: “TEKNOFEST” ötən il Azərbaycanda keçirilmişdi, yenidən təşkil olunacaqmı?
Prezident İlham Əliyev: Gözləyirik, əlbəttə keçiriləcək. Mən dedim ki, Azərbaycanda “Bayraktar” Mərkəzi qurulacaq, “TEKNOFEST” yenə də gələcək. Keçən il çox gözəl bir tədbir keçirildi. Gözləyəcəyik, sizi də gözləyirik.
Fulya Öztürk: İnşallah, gələcəyik. İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
Prezident İlham Əliyev: Gör, nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.
Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.
Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.
Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.
Səmada nümunəvi uçuşlar edən “Kızılelma” və “Akıncı” PUA-larını göstərən Selçuk Bayraktar dedi: “Kızılelma” və “Akıncı” bərabər uçurlar. Bu uçuş forması dünyada ilk dəfədir.
Prezident İlham Əliyev: “Akıncı” və “Kızılelma”.
Fulya Öztürk: Nümunəvi uçuş edirlər.
x x x
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”in keçirildiyi məkandan ayrılarkən yenidən Fulya Öztürkün suallarını cavablandırıblar.
Fulya Öztürk: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev hazırda “Togg” avtomobilindədirlər. “Togg”u idarə etmək necə hissdir?
Prezident İlham Əliyev: Gözəl, çox gözəl.
Prezident Rəcəb Tayyib Ərdoğan: Bu qızı tanıyırsan?
Prezident İlham Əliyev: Təbii ki, tanıyırıq. Bu, bizim qızdır. İkinci Qarabağ savaşında ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə kədərləndi, bizimlə sevindi, Qələbəni də bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır.
Əminə Ərdoğan: Maşallah, qəhrəmandır.
Prezident Rəcəb Tayyib Ərdoğan: Əsl vətənpərvərdir.
Fulya Öztürk: Biz qardaşıq.
Prezident İlham Əliyev: Bəli.
Fülya Öztürk: Cənab Prezident, necəsiniz? Sağlamlığınız necədir?
Prezident Rəcəb Tayyib Ərdoğan: Şükür olsun, çox yaxşıyam.
Prezident İlham Əliyev: Maşallah, hər kəsdən daha gözəl, cavan, gənc.
Fulya Öztürk: Cənab Prezident, Sizi yaxşı gördük, maşallah.
Prezident Rəcəb Tayyib Ərdoğan: Sağ ol.
Fulya Öztürk: Çox təşəkkür edirəm, yolunuz açıq olsun.
Prezident İlham Əliyev: Sağ ol.
Lamiyə Əhmədli
MİA.AZ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?