ƏƏSMN müəssisələri yoxlayıb - 562 işçiylə bağlı qərar verilib

img

14-05-2014 [10:45]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq xidməti müssisələrdə yoxlama aparıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin edib.

 Eyni zamanda,   işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılıb.  Qeyd olunan müddətdə ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub. Bu məbləğin 9129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA