Azərbaycanlılar Ərdoğanı, yoxsa Kılıçdaroğlunu istəyir? - STM Türkiyədəki seçkilərlə bağlı sorğu keçirib
27-04-2023 [11:40]
STM Türkiyədəki seçkilərlə bağlı sorğu keçirib.
Mia.az xəbər verir ki, sorğunun nəticələrini bu gün keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc açıqlayıb.
O bildirib ki, ölkə əhalisinin Türkiyənin siyasi gələcəyinə müstəsna marağından, seçkilərin Azərbaycan üçün tarixi əhəmiyyətindən, ictimaiyyətin tanıdığı və dəstəklədiyi namizədlərin vəd etdiyi gələcəyin milli maraqlarımıza nə dərəcədə cavab verdiyini qiymətləndirmək ehtiyacından irəli gəlib, vətəndaşlarımızın, rəy və gözləntilərini, o cümlədən istəklərini öyrənmək zəruri sayılıb.
Azərbaycan ictimaiyyətinin mövqeyi Türkiyə xalqına necə təsir edəcəkdir? Söhbət əsla müdaxilə cəhdi və ya təsirdən getmir, Azərbaycanın gələcək mənafeləri baxımından Türkiyə ilə əməkdaşlığı zəruri hesab etməsi (84.1%), postmüharibə dövründə hər iki ölkənin və regionun sülh, əməkdaşlıq taleyi baxımından strateji müttəfiqliyinin davam etməsi və bu səbəbdən regional, milli maraqlar baxımından Türkiyə üçün tarixi yolayrıcı hesab edilən 14 may tarixində keçiriləcək seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli kimi qiymətləndirməsi (73.3%) ilə izah etmək olar.
Məlum olduğu kimi, seçkilər dörd namizədin rəqabəti ilə keçirilir və sorğular da məhz namizədlər arasında müqayisəli dəyərləndirməni özündə əks etdirir. Azərbaycan xalqı seçkilərə milli mənafeyimiz, eləcə də regional maraqlar prizmasından yanaşır və dəyərləndirir.
Türkiyədə qarşıdan gələn seçkilərə region və dünyada görünməmiş diqqəti, xüsusilə, ölkəmiz üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda ölkə ictimaiyyətinin Türkiyənin seçki ilə bağlı siyasi gündəminə olan marağını öyrənmək məqsədilə respondentlərə bu istiqamətdə sual ünvanlanıb. Ümumi nəticələrə əsasən, respondentlərin 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izlədiyi məlum olub. Onların 31.0%-i seçkilərlə bağlı gündəmi tez-tez izlədiyini, 52.8%-i bəzən izlədiyini bildirib. Respondentlərin 16.1%-i heç izləmədiyini qeyd edib.
Nəticələr Türkiyənin seçki gündəminə olan ictimai maraq göstəricilərində gənclərdən orta və yuxarı yaş qruplarına doğru artan tendensiya olduğunu göstərib. Seçki gündəmini tez-tez izləyənlər 18-24 yaş qrupu üzrə 19.7%, 35-44 yaş qrupu üzrə 20.8%, 55-64 yaş qrupu üzrə 35.2% təşkil edib. Siyasi gündəmi heç izləmədiyini bildirənlər 18-24 yaş qrupu üzrə 36.0% təşkil edərkən, 25-34 yaş qrupu üzrə 26.2%, 45-54 yaş qrupu üzrə 13.3% və yaşı 65-dən yuxarı olanlar üzrə 5.1%-ə bərabər olub.
Orta təhsilə malik olanların 24.7%-i, ali təhsillilərin isə 41.7%-i seçki ilə bağlı siyasi prosesləri tez-tez izlədiyini qeyd edib.
Sorğu nəticələrinə əsasən, ictimaiyyətin 73.3%-i Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ölkəmiz üçün çox əhəmiyyətli, 21.6%-i əsasən əhəmiyyətli olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin cəmi 2.3%-i nəticələrin ölkəmiz üçün əhəmiyyətsiz olduğunu hesab edib, 2.9%-i hər hansı rəy bildirməyib.
Respondentlər arasında orta təhsillilərin 69.4%-i, ali təhsillilərin 79.3%-i seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli olaraq dəyərləndirib. Başqa sözlə, iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, əksəriyyəti Türkiyədəki seçkilərlə bağlı bənzər mövqeyi bölüşüb.
Kənd ərazi vahidlərində yaşayan respondentlərin 73.1%-i, qəsəbələrdə yaşayanların 78.0%-i, şəhərdə məskunlaşanların 72.6%-i seçkilərin ölkəmiz üçün çox əhəmiyyətli olduğunu bildirib.
Türkiyənin seçki ilə bağlı siyasi gündəmini tez-tez izləyənlərin 87.7%-i, heç izləmədiyini bildirənlərin 59.0%-i seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli hesab edib.
Sorğu əsasında iştirakçıların prezident seçkilərindəki namizədlər haqqında məlumatlılıq səviyyəsi öyrənilib. Bütün sorğu iştirakçıları namizədlər arasında Rəcəb Tayyib Ərdoğanı tanıdığını bildirərkən, digər namizədlərlə bağlı məlumatlılıq səviyyəsi fərqli olub. Belə ki, 58.9% Kamal Kılıçdaroğlunu, 29.6% Məhərrəm İncəni, 25.4% Sinan Oğanı tanıdığını qeyd edib.
Sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib.
Respondentlərin mütləq əksəriyyəti, yəni 90.4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib. Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib. İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib.
Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib.
Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür. Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib. Respondentlərin 5.9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəylərini nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55.7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb.
Göründüyü kimi, respondentlərin 87.8%-i keçiriləcək seçkilərdə Prezident Ərdoğanın qalib gəlməsini dəstəkləyir. Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə görə (55.7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə görə (51.1%), liderlik keyfiyyətlərinə görə 29.4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formalaşmasına təsir edir.
Sorğuda iştirak edənlərin 68.7%-i namizədlər arasında yalnız Ərdoğan seçilərsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini qeyd edib. (Bu göstərici eyni zamanda Türkiyə dövlətinin Azərbaycana olan münasibətində siyasi liderin həlledici xarakter daşıdığını göstərir).
Respondentlərin 26.0%-i isə namizədlərin hansının seçilməsindən asılı olmayaraq, Türkiyə dövlətinin Azərbaycana dəstəyinin davam edəcəyini düşünür.
Samir
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO