12-05-2014 [15:26]
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbayca-Fransa biznes forumundan sonra sahibkarların sualını cavablandırarkən deyib. Prezident bildirib ki, hazırda Bakı şəhərində 23 metrostansiya vardır. Demək olar ki, son illərdə hər il bir stansiya istifadəyə verilir və dövlət proqramına uyğun olaraq, 2030-cu ilə qədər stansiyaların sayı 70-ə çatmalıdır, yəni Bakı şəhərində 50-yə yaxın metrostansiya tikiləcək və beləliklə, bütün şəhər metro ilə təmin ediləcək: "Əlbəttə, bu layihələri icra etmək üçün bizim öz imkanlarımız var. Maliyyə imkanlarına gəldikdə, biz burada heç bir problem görmürük, çünki bu layihələri biz dövlət büdcəsi hesabına icra edirik. O ki qaldı işin icrası ilə bağlı olan məsələlərə, burada həm Azərbaycan, həm də xarici şirkətlər uğurla fəaliyyət göstərə bilərlər. Mən bilirəm ki, Fransanın bəzi şirkətləri tərəfindən bu sahəyə böyük maraq göstərilir və bizim aidiyyəti qurumlarla danışıqlar aparılır".
Dövlət başçısı ümid edir ki, bu danışıqların yaxşı nəticələri olacaq və Fransa şirkətləri Bakıda həm metro tikintisi sahəsində, həm də müasir metro vaqonlarının təchizatı işində Azərbaycana dəstək olacaqlar: "Buna da böyük ehtiyac var, çünki biz bu sahəni müasirləşdiririk, yeniləşdiririk və bizə bu sahədə ən gözəl təcrübəyə malik strateji tərəfdaş lazımdır və siz də yaxşı bilirsiniz ki, Fransa şirkətləri burada çox böyük təcrübəyə malikdir. Eyni zamanda, dəmir yolunun reabilitasiyası və tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu layihə gələn il artıq istifadəyə veriləcək. Bu layihə Azərbaycan, Türkiyə və Gürcüstanı dəmir yolu xətti ilə birləşdirir, eyni zamanda, Asiyanı Avropa ilə birləşdirir. Bir növ biz dəmir ipək yolunu yaradırıq və qədim İpək yolunu bərpa edirik. Həm Türkiyədə, həm Gürcüstanda, həm də Azərbaycanda dəmir yollarının tikintisi, reabilitasiyası və təmiri layihələri icra edilir və bu yollar artıq təmir olunandan sonra bu yollar üzrə gedən qatarların sürəti ən azı 140 km olacaqdır. Bu məqsədlə bizə həm yeni vaqonlar, həm də lokomotivlər lazım olacaqdır. Bildiyimə görə, bu sahədə də Fransa və Azərbaycan şirkətləri işləyirlər, çalışırlar və çox güman ki, bu sahədə də müvafiq kontrakt imzalanacaq. Yəni bu gün bütün görüləcək işlər haqqında əlbəttə ki, geniş məlumat vermək mümkün deyil. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəfin çox gözəl niyyəti var ki, bu sahədə əməkdaşlığı dərinləşdirək"(Trend)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi