Deputat: "Qorxuram ki, panfarsistlər bunu bizim zəifliyimiz kimi qəbul etsinlər"
07-04-2023 [18:01]
“Əvvəlcə onu qeyd edim ki, İran İslam Respublikası ilə bağlı qəbul etdiyimiz byanat çox yumşaq idi. Kaş onlar bunu qiymətləndirməyi bacarsınlar. Amma belə olacağını düşünmürəm. Qorxuram ki, panfarsistlər bunu bizim zəifliyimiz kimi qəbul etsinlər. Hörmətli sədr! Mən komitə iclasında geniş çıxış elədim və söylədim ki, əlbəttə bu medalın təsis olunmasını alqışlayıram. Amma təklif edirəm ki, əsasnamədə dəyişikliklər etməliyik”.
Mia.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkilinin fikrincə, ümumiyyətlə orden və medallarn təsis olunması haqqında 1992-ci ilin noyab ayında qanun qəbul olunub: “Həmin qanun layihəsi iki maddədən ibarətdir. Düşünürəm ki, Əsasnamədə orden və medalların kimlərə verildiyi, kimlər tərəfindən və hansı formada təqdim olunduğu qeyd olunmalıdır.
Hörmətli Sahibə xanım! Siz də millət vəkili idiniz və yəqin xatırlayırsınız ki, millət vəkilləri cənab Prezident tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təltif olundular. Mərhum prezident Heydər Əliyev o zaman deyirdi ki, Azərbaycan xalqının ən böyük nailiyyəti onun istiqlalıdır. Bu istiqlal Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Amma həmin medallla bağlı mənə zəng elədilər ki, kabinetdə qoymuşuq, gəlin oradan götürün. Eyni ilə də bəzi mərkəzi icra hakimiyyəti orqanlarının 100 illiyi ilə bağlı medallar təsis etdik. Onlar da özlərinə rəva bilmədilər ki, millət vəkillərini dəvət edib, həmin medalları hörmətlə təqdim eləsinlər. Milli Məclisə göndəriridilər və Milli Məclisdən də zəng vururdular ki, gəlin medalınızı götürün. Məni də təltif ediblər və buna görə bir daha öz təşəkkürümü bildirirəm. Orden və medal dövlətin adından təqdim olunur. Ona görə də hesab edirəm ki, bu hörmətlə təqdim olunmalıdır. İndi Heydər Əliyevin 100 illiyi ilə bağlı medal təsis olunur və mən qorxuram ki, eyni hörmətsiz münasibət yenə də ifadə olunsun. Ona görə də, əsanamədə, ümumiyyətlə orden və medallar haqqında qanunda yazılmaldır ki, ordenlər ümumiyyətlə prezident və birinci vitse-prezident tərəfindən xüsusi dövlət törənində təqdim olunur. Mərhum Prezident Heydər Əliyev böyük dövlət adamı idi. Biz görürdük ki, o, təltif olunan 30-40 nəfəri toplayır, onlara hörmətlə yanaşılır, gül verilir, şəkil çəkdirilir və hətta bəzən söz də veriridi. Ordenlər dövlətin adından böyük hörmətlə təqdim olunurdu. Düzdür, bəzən cənab Prezident tərəfindən ayrı-ayrı hallarda ordenlər təqdim olunur. Ancaq hesab edirəm ki, Prezident tərəfindən təltif olunan bütün orden və medallar prezidentin özü, birinci vitse-prezident, yaxud baş nazir tərəfindən, mərkəzi icra hakimiyyəti orqanlarının yubiley medalları həmin mərkəzi icra hakimiyyəti orqanının başçısının təşkil elədiyi xüsusi törəndə özü tərəfindən təqdim olunmaldıır. Əgər orden və medallar əcnəbilərə verilirsə, əlbəttə prezident tərəfindən səlahiyyət verilə bilər ki, xaricdəki diplomatik nümayəndəliklırimizin rəhbərləri təqdim etsinlər. Ona görə də bunların hamısı qanunvericilik qaydasında tənzimlənməlidir. Biz artıq 30 ildən çoxdur müstəqil dövlətik, dövlətçilik ənənələrimiz yaranır, başqa dövlətlərin də təcrübəsini öyrənməliyik və mən ona görə təklif edirəm ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hörmətli Əli Hüseynli müvafiq icra hakimiyyəti orqanı ilə danışsın, həm qeyd etdiyim qanunda dəyişikliyi edək, həm də müvafiq əsasnamədə qeyd etdiyim məsələlər öz əksini tapsın”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı