“Azərfon”la “Bakcell”ə qarşı milyonluq dava başlayır - MƏHKƏMƏ

img

12-05-2014 [12:29]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin «Azərfon» (Nar mobile) və «Bakcell» şirkətlərinə qarşı məhkəmə savaşı davam edir.

 Mia.az bildirir ki, hər iki mobil şirkət nazirliyin «Aztelekom» İstehsalat Birliyinə ötürücülərdən istifadəyə görə yaranmış milyonluq borc davası üzrə mayın 15- «Bakcell» şirkətinə qarşı verilmiş şikayət üzrə proses davam etdiriləcək: «Həmin gününü Bakı Apellyasiya Məhkəməsində hakim hakim Cahangir Yusifovun sədrliyi ilə «Bakcell» bağlı verilən şikayət üzrə qərarın elan ediləcəyi gözlənilir. «Azərfon»la bağlı şikayət isə həmin məhkəmədə hakim Həmid Həmidovun sədrliyi ilə araşdırılır. Bu isə mayın 22- davam etdiriləcək».

  Mia.az daxil olan məlumatda bildirir ki, "Aztelekom” İB-in "Azərfon” MMC-yə qarşı borc və vurulmuş zərərin alınması, "Bakcell LTD” MMC-yə qarşı isə dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətləri şəxsən nazir Əli Abbasovun nəzarətindədir: «Görünür, nazir Əli Abbasov hər iki şirkəti bu yolla cəzalandırmaq taarifləri aşağı salmaq məqsədini güdür».

  Məlumatda o da bildirilir ki, hər iki şirkətin «Aztelekom»a borcu ölkədaxili və beynəlxalq danışıqlar zamanı birliyin ötürücülərindən istifadəyə görə qanunla nəzərdə tutulmuş ödəmələri bu günədək həyata keçirməmələri ortaya başqa problemlər çıxarıb: «Sözügedən şirkətlərin abunəçilərinin danışıqları «Aztelekom»un nəzarətində olan ötürücü stansiyalar tərəfindən həyata keçirilir. Müqaviləyə əsasən, bu zaman hər danışıq dəqiqəsinə görə birliyə pul ödənilir. Həm «Azərfon», həm də «Bakcell» isə bu pulu ödəməkdən yayınırlar. Ona görə də məhkəmə mübahisəsi ortaya çıxıb. Amma məsələ bir qədər ciddiləşərsə, «Aztelekom» müqavilə öhdəliyinə uyğun olaraq, hər iki şirkətə ötürücü xidmətini dayandıra bilər. Əlbəttə, bu zaman həm "Nar”, həm də «Bakcell»in istifadəçiləri çətin vəziyyətdə qala bilərlər».

   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA