Mina terroruna dair niyə kino çəkmirik?
05-04-2023 [20:14]
Zülfiyyə Mustafayeva
Mia.az saytı
***
Amerika səfirliyi dünən bizə başsaglıgı verdi. Müharibənin təsirinə məruz qalan ərazilərimizdə minaların və partlamamış hərbi sursatların qurbanlarını yad etdi, onların ailə üzvlərinə səbr arzuladı. Sag olsunlar. Zatən Birləşmiş Ştatlar 2021-ci ilin noyabr ayından bəri humanitar minatəmizləmə əməliyyatları üçün bizə yardım edir. İndiyədək bunun üçün 2,5 milyon dollar ayırıblar.
Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlıgı və Mina Fəaliyyətinə Yardım Günü idi. Ölkə olaraq artıq neçə ildi, Ermənistanın mina terroruna məruz qalmışıq. Amma ABŞ səfirliyindən başqa, hansına digər diplomatik nümayəndəliyin, yaxud beynəlxalq təşkilatın bizi bu xüsusda yada salmasını görmədim. Əslində 44 günlük müharibədən sonra bir neçə dost ölkə minalardan təmizlənmə işində bizə həm texnika, həm işçi qüvvə, həm də texniki baxımdan dəstək verib. Amma bizdə nə çatmır ki, dünyanın diqqəti bir yana qalsın, ölkə daxilindəki beynəlxalq təşkilatların heç olmasa, ilin bu günündə bizimlə həmrəy fikir bildirməsini təmin edə bilmirik?
Dövlət dəstəyimi? Var? QHT əməkdaşlıgımı? O da var. Hələ 44 günlük müharibədən əvvəlki vaxtlardan bizim QHT-lər mina qurbanları ilə aktiv iş aparır: onların sosial rifah vəziyyətinin yaxşılaşdırılmasından tutmuş, psixoloji dəstəyə qədər çoxspektrli fəaliyyət göstərirlər. Amma biz işgaldan azad olunan ərazilərimizə mina üzündən tam dönə bilmirik bu vəziyyətin səbəbkarı olan Ermənistana beynəlxalq təşkilatların təzyiqi sıfır səviyyədədi.
Biz dünya dövlətlərinin ikiüzlü siyasəti ilə ilk dəfə deyil ki, üz-üzə qalmışıq. Azərbaycan dünyada mina ilə çirkləndirilmiş ölkələr arasında ilk sıralarda olsa da, İraqda, Əfqanıstanda, Balkan ölkələrində mina probleminə diqqət edən beynəlxalq təşkilatlar bizim səsimizi qulaqardına vurur. Ermənistan bizim işgal olunmuş ərazilərimizdə 1 milyondan çox mina basdırıb və 1990-cı ildən bəri 3300-dən yuxarı vətəndaşımız bu minaların qurbanı olub. Təkcə 2020-ci ildən sonra işgaldan azad olunan ərazilərimizdə 288 vətəndaşımız minaya düşüb, onlardan 50 nəfəri həyatını itirib.
Ekspertlər deyir ki, biz Ermənistan ərazisində bir ədəd belə mina basdırmamışıq. O üzdən dünyanın qarşısına çıxıb işgalçı ölkənin mina terrorundan danışmaga haqqımız var. Ölkəmiz artıq neçə ildi, BMT qarşısında məsələ qaldırıb ki, humanitar minatəmizləmə BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olsun. Azərbaycan həmçinin Minaların Təsirinə Məruz qalan Ölkələrin birgə qrupunun yaradılmasının da təşəbbüskarıdı. Bəlkə belə birgə fəaliyyət bizim ölkənin məruz qaldıgı mina terroruna dünyanın ədalətli yanaşmasını təmin edə bilər. Prezident İlham Əliyev də dünən sosial media üzərindən paylaşımında minatəmizləyən insanların fədakar əməyini yüksək qiymətləndirərək onların “öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışdıgını vurgulayıb”.
Piyadalar əleyhinə minaların istifadəsi və istehsalını qadagan edən beynəlxalq Konvensiya hazırda 164 ölkə tərəfindən qəbul edilib. Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb. Ermənistanın mövqeyi aydındı: ölkəmiz ərazisində minaları basdırmaqla hələ davam edirlər. Azərbaycan isə bəyan edib ki, Ermənistanla sülh müqaviləsindən sonra Konvensiyaya qoşulma məsələsini müzakirə edə bilər. Çünki işgalçı ölkənin minalama siyasəti davam etdikcə, sərvaxt olmaq məcbiriyyətindəyik.
Ölkəmizin məruz qaldıgı mina terrorunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ədəbiyyat və kino sahəsində çalışan insanların dəstəyinə ehtiyac var. Mina problemini bütün dünyada humanitar fəlakət kimi dəyərləndirən beynəlxalq ictimaiyyət bu mövzuda bədii əsərlərə, kinomotoqrafiya nümunələrinə həssaslıq göstərir. İraq, Əfqanıstan, Balkan ölkələri, hazırda Ukrayna ərazisində gedən hərbi əməliyyatlar zamanı mülki insanların yaşadıgı mina problemini məhz kino və bədii əsərlərlə tarixin yaddaşına köçürmək mümkün olub.
Bu məlumatlandırmada gənclərin, yeniyetmələrin iştirakı isə müasir trend üsullarla dünya ictimaiyyətinin diqqətini çəkmək deməkdi. Məsələn, hazırda Rusiya-Ukrayna müharibəsinin internet oyunları səviyyəsində tarixin yaddaşına köçürülməsi bizim üçün ideya mənbəyi olmalıdı. Bizim mütəxəssislər minaların təmizlənməsi üzrə internet oyunları yaradaraq bu platforma üzərindən Ermənistanın qeyri-insani hərəkətlərini ortaya qoya bilər.
Minadan əziyyət çəkən insanların psixoliji problemləri isə xüsusi araşdırılmalıdı. Dünya praktikasında belə insanlara psixoliji dəstək qurumlarının yaradılması tətdiq olunur. Belə mərkəzlər beynəlxaq təşkilatlarla əməkdaşlıq etməli və konkret insan taleyi üzərində qurulan keyslər təqdim olunmalıdı.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər