12-05-2014 [11:30]
Sosial şəbəkələrin monitorinqini keçirən məşhur "Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 360 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə "Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2014-cü ilin I rübündə Azercell-in bu göstəricisi 97%-ə bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanmışdır.
Qeyd etmək istəyirik ki, Azercell sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olmuşdur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olmuşdur.
Azercell hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Twitter şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən Aztwi.com internet səhifəsinin verdiyi statistik məlumata görə, Azercell-in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.
Bununla bərabər, Azercell Azərbaycanda çalışan bütün şirkətlər arasında öz Twitter səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur. Qeyd edək ki, bu statusu Twitter şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa çalışır. Bü gün Azercell həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi