ZAHİD ORUC MİLLİ MƏCLİSDƏ: "İmam Hüseyn adına terror təşkilatı yaradanları..." - "Ölkəmizi radikal cihadçılarla toqquşdurmaq üçün..." - VİDEO
04-04-2023 [12:04]
"Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclisdə hüquqi-siyasi verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir-terorun silahı nə olursa-olsun, pistolet, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın silahlı qəsdə qarşı verdikləri reaksiya 3 il əvvəl müharibə zamanı göstərdikləri iradə ilə eynidir, “bizimlə ultimatum diliylə danımaq mümkün deyil”, söyləyən ölkə rəhbərinin seçdiyi yoldan geri çəkilməyəcəyini göstərir:
"Terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır. Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin islama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-lə eyni səngərdədilər.
Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləmədilər, terroru hamı lənətləməlidir.
Bəli, İranın casus şəbəkəsi ifşa edilir, lakin Azərbaycan dövləti 100-lərlə vətəndaşımızı müxtəlif yollarla öz caynağına alan qüvvələrin şərindən qorumaq üçün qazandığı Qələbəni, əldə etdiyi hərbi strateji yüksəlkilkləri daha da möhkəmləndirəcək. Yəqin, ötən həftə, Azərbaycanın İsraildə səfilriyinin faəliyyətə başlamasına Hizbullah təşkilatının verdiyi reaksiyanı izlədiniz. Ölkəmizi radikal cihadçı və din bayraqlı hərbi təşkilatlarla toqquşdurmaq üçün Qərblə region dövlətləri arasında unikal bir müttəfiqlik var. Yenidən terror ola bilərmi sualına cavab odur ki, Azərbaycan heç bir dövlətlə süni gərginlik axtarmır və 3-cü qüvvələrin forpostu olmağa can atmır".
Zahid Oruc bildirib ki, vətəndaşlar terrora susqunluq göstərmir, millətimizin son 30 ildə yaşadığı terrora dirəniş refleksi oyanıb:
"Lakin “hakimiyyət 90-cı illərdə küçələrə çıxmaq mümkün deyil şüarı ilə iqtidara gəlib, indi də eyni vəziyyətdir” söyləyənlər, hətta belə durumdan da siyasi mübarizə üçün istifadə edirlərsə, onların qəsdçilərdən heç bir fərqi yoxdur. Dini fanatizm və radkalizm, sədadil insanların casusluğa cəlb olunmasının günahı dövlətdə axtarıla bilməz. Heç bir sosial, hüquqi və siyasi səbəb öz millətinə qarşı düşmən cəbhəsinə keçməyə haqq vermir. Bəli, Vətən müharibəsindən sonra müəyyən sayda qənimət silahlar əllərə keçib. Lakin onların sayı minlərlə deyil. Biz terror şəbəkəsinin bütün üzvlərini, dövlətə və vətəndaşlara qarşı yeni təxribat və potensial təhlükələrin qarşısını almaq üçün təhlükəsizlik və hüquq müharfizə orqanlarının peşəkar tədbirlərini alqışlayırıq. Məhkəməsi hələ də bitməyən keçmiş MTN-çiləri on illər ərzində ölkəmizdə kök salan xarici agentura mərkzələrinin millətimizə qarşı apardıqları elan müharibəyə görə də əlavə maddələrlə suçlandırmasını vacib sayırıq. Vətəni, torpağı, səngəri və dini dəyələri qoruyanların avtomat, tank, top gülləsinə məruz qalsalar da öz əqidələrindən dönməmələri 44 günlük müharibədəki qəhrəmanlığın davamıdır. Fərq etməz səngər haradan keçir, Kəlbəcərdən, yoxsa, paytaxtdan. “Sialhlı “dindar”ların həbsi İrana zərbə deyil, dövlətə inamı zəifələdən hadisədir”, deyən adamlar nə təklif edirlər, ölkəmizdə yaşıl inqilab edib müstəqillikdın imtinanımı istəyirlər".
Zahid Orucun fikirincə, insanların Allaha və peyğəmbərə inamını, etiqadını siyasi məqsədlərinə alət edən, onu silaha çevirən dövlət məqsədinə çata bilməz: "Əlbəttə, biz yaxşı görürük ki, 30 il ərzində işğala hər cür maliyyə, siyasi, diplomatik, informasiya və hərbi dəstək verənlərin indi İrana qarşı apardıqları 40 il savaşda Azərbaycanı forposta çevirmək cəhdləri var. Lakin ölkəmiz heç vaxt 3-cü dövlətlərə qarşı əməliyyat Qərarğagı olmayıb və Ermənistan kimi 3-cü dövlətlərin hərbi bazasını ərazisində yerləşdirməyib.
Dünyada hesabatlarının mötbərliyi şübhə doğurmayan İqtisadiyyat və Sülh institutunun Qlobal Terror İndeksinə görə Azərbaycan ən aşağı təhlükə risqləri olan ölkələr sırasında, yəni təxminən 100-cü yerdədir. Halbuki, Əfqanıstan, İrak, Afrika ölkələri terrorçuluq tüğyan edir".
Deputat qeyd edib ki, terror aktı hərbi meydanda ordumuza məğlub olanların paytaxt Bakıda və digər qeyri döyüş ərazilərində dövlətimizdən və xalqımızdan qisas almaq məqsədi güdsə də, sui-qəsdlər və siyasi qətllər, iqtisadi diversiyalar və casus şəbəbkələrinin təxribatları ölkəmizi parlaq Qələbəsindən və yeni qazandığı ərazilərdə möhkəmlənməkdən, Xankəndi-Laçın yolundan və 10 noyabrda ordunun dayandığı mövqelərdən irəli gedərək qazandığı yeni strateji yüksəkliklərdən çəkindirə bilməz: "Bəli, terror və ekstremizm elan edilməmiş müharibə olduğu üçün əsas sifarişçiləri, icraçıları, maliyyə mənbələri gizli cəbhədə savaşır, lakin Azərbaycan dövləti son 30 ildə terrora qarşı mütəşəkkillik məktəbi keçib, immunitet qazanıb və həyata keçirilən qəsdlərin arxasında dayanan paytaxtları və qüvvələri yaxşı görür, onları 44 günlük müharibədəki kimi öz ordu, dövlət və xalq birliyi ilə məğlub edib".
Samir
MİA.AZ
Samir
Mia.az
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib