Pərviz Şahbazov 4 rayondan olan vətəndaşları qəbul edəcək

img

03-04-2023 [12:32]


Aprelin 14-də energetika naziri Pərviz Şahbazov Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, qəbul saat 11:00-dan etibarən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA