Bizi də dəlixanaya salın...
03-04-2023 [00:03]
Zülfiyyə Mustafayeva
Mia.az saytı
***
14 yaşlı atasız-anasız, yetim uşaq olan Məhəmmədi dəlixanaya salıblar.
Yaramaz uşaqdı, ona görə. Sözə baxmır, hay-küy salır qaldıgı detdomda, ərzagı ogurlayıb ac uşaqlara verir, haqsızlıq olanda etriaz edir, hərdən sərbəst, azad olmaq istəyir, qaçır o detdomdan. Hamı kimi bəzən həyatdan bezib intihar fikrinə düşür. Uşaqdı da. Hər birimizin evimizdə var belə ipə-sapa yatmaz, söz güləşdirən uşaq.
Yəni, bir yaramaz detdom uşagı düşünün, gözünüzün önünə gətirin. .
Məhəmmədin bütün olayı budu.
Belə yaramaz uşaqlarla doludu ətrafımız, elə deyilmi?
Amma Məhəmmədi niyə dəlixanaya salmısınız, ay imansızlar, onlara bayraq tutanlar, əl çalanlar, artistlik edənlər, “tema baglayan”lar, don geyindirənlər?
Yadınızdan çıxıb? Bu detdom uşaqları qorudu axı Vətəni, ay malakeşlər!
Arvad-uşaq-qaynana komitəsinin açıqlamasını əlində bayraq edənlər!
Məhəmməd hay-küylüdü? Nə olsun? Yetim uşaqdı da, davranışları bər-bəzəkli olmaya bilər, lap elə ipə-sapa yatmaz, hay-küylüdü.
Nə olsun?
Ana quzusu deyil ki, şəklini profildə paylaşıb altından "Analı-atalı böyüsün", - yazasınız.
Bütün detdom uşaqları belədi, ay malakeşlər.
Araz qardaşımın (Araz Əhmədov) uşaq evindəki xatirələrini yadıma salıram: nə qədər dava salıb oralarda, dəfələrlə qaçıb, övkəsini yeri gələndə, gizlədə bilməyib.
Bu gün yazışdım onunla, Məhəmmədin olayını xəbər verdim. Dedim ki, bu uşagın hərəkətlərində, duruşunda, fikirlərində, lap elə yaramazlıgında da bir az səni görürəm, sənin xatirələrini yadıma salıram. Məhəmməd ata-anasını itirib, bizi itirməsin, -deyə, xahiş etdim ondan. Əlindən gələni əsirgəməyəcək, məncə.
Məhəmmədin olayında hətta özümü misal çəkmək istəyirəm: 12 yaşlı oglum var, onun günlük emosiyalarını cilovlayana qədər bir aylıq enerji itirirəm.
Nə istəyirsiniz axı bu uşaqdan? 2 ildən sonra əsgər gedəcək onsuz da. Bir az hövsələnizi basa bilmədiniz, ay xalaşkalar?
İntihara cəhd edib? Vay bə. İndi dindirsən, çoxunun beynində fırtınalar qopur, nə intiharlar düşünür bəzən insanlar. Nə oldu, detdom uşagı da belə həssas keçid dövründə intihar fikrinə düşəndə, dəlixana idimi aglınıza gələn ilk fikir? O yaşda atalı-analı uşaqlar məktəblərdə bu saat nə hoqqadan çıxır, görürsünüz də, eləmi?
Görürsünüz. Təbii. Amma gücünüz yetimə çatır.
Təki xalalar inciməsin. Onların düzəni pozulmasın. Detdomların adına xələl gəlməsin. Əlhəmdulillah, narahat olmasın heç kim.
Məhəmmədlərin yeri dəlixana olsun. Eyvallah.
Yerin yaxşıdımı orada, oglum? Səni, bilirəm, yeniyetmələr və uşaq şöbəsinə yerləşdiriblər yəqin. İkimərtəbəli korpusun ikinci mərtəbəsindəsən. Bir azdan axşam yeməyinin vaxtıdı. Birinci mərtəbədəki yeməkxanaya düşürməzlər səni bəlkə də.
Özüm burada, beynim həmin ikimərtəbəli korpusun qarşısındadı bu saat. Pəncərəyə baxıram ki, bəlkə səni görə bilim…
Yuvenal ədliyyəni tətbiq etməsəydik, Məhəmməd bəlkə də çoxdan uşaq kalonunda idi.
O vaxtlarda toyuq ogurluguna görə məhkəmələr uşaqlarımızı türməyə göndərirdi.
Bunların gücü çatmayıb deyəsən, türməni düz-qoş eləməyə.
Bala, sən bir az səbr elə...
Uşağın başına gələn olayları Səhiyyə TV ardıcıl araşdırıb.
Məhəmməd özü həmin süjetlərin altına şərh yazıb.
Birində hətta deyir ki, uşaq evindən "ogurladıgı" ərzaqları aparıb ac uşaqlara verib.
Sadəcə, "Robin Qud"luq edən bir yaramaz.
Robin Quda heç belə aşagılıq davranmamışdılar.
P.S. Burada Yutub yazışmasında “Fiko Rzazade” ləqəbli şəxs bizim Məhəmməd Hacıyevdi.
MİA.AZ
.png)
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər