Şirvanda “Heydər Əliyev İli” çərçivəsində ümumşəhər ağacəkmə aksiyası keçirilib - FOTOLAR
01-04-2023 [20:09]
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, ölkəmizin bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına əsasən Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumşəhər ağacəkmə aksiyası keçirilib.
Şirvan şəhər Heydər Əliyev parkında və Şəhidlər Xiyabanının ətrafında təşkil olunan ağacəkmə aksiyasında şəhərin idarə və müəssisələrinin, xidmət təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanovun, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədovun, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradovun, ŞİHB yanında Şura üzvlərinin, şəhərin idarə və müəssisə rəhbərlərinin aksiyada böyük həvəslə ağac əkmələri aksiya iştirakçlılarına, xüsusilə gənclərə stimul verib.
Şirvan şəhər ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən Heydər Əliyev parkında və Şəhidlər Xiyabanının ətrafında, ümumilikdə 1000 həmişəyaşıl və dekorativ ağac əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, tinglərin dibləri bərkidilib və suvarılıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aksiya iştirakçıları qarşısında çıxış edərək, belə bir önəmli missiyada fəal iştirak etdikləri üçün onlara təşəkkürünü bildirib. Respublikamızın paytaxt və regionlarında olduğu kimi, Şirvan şəhərində də silsilə ağacəkmə tədbirlərinin keçirilməsində məqsədin yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Şirvan şəhər ictimaiyyətinin yaz və payız aylarında keçirilən ümumşəhər ağacəkmə aksiyalarında hər zaman fəal iştirak edərək ətraf mühitə öz töhfələrini verdiklərini qeyd edib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin il ərzində davam edəcəyini vurğulayıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında